beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraqoyunlu xalçası

Qaraqoyunlu – Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Azərbaycanın əla növlü xalçaları hesab olunan Qaraqoyunlu xalçası demək olar ki, Azərbaycanın bütün xalçaçılıq məntəqələrində hazırlanır və bu adı da xalça Azərbaycanın rayonlarında yerləşən Qaraqoyunlu kəndlərinin adından götürülməsi təklifi irəli sürülsədə bu doğru deyil. Qubadlıda, Bərdədə, Ağsuda Goranboyda və digər ərazilərdə Qaraqoyunlu kənd və qəsəbələri vardır. Qaraqoyunlu həm də orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yerləşmiş tayfanın adıdır. XIII əsrdən bu tayfa köçəri həyat tərzi keçirmiş, XV əsrdə öz dövlətini yaratmışdır. Qaraqoyunlular türk mənşəli tayfa olmuşdur və şübhə yoxdur ki, "Qaraqoyunlu xalçası"nın adı bu tayfa ilə bağlıdır.

Bədii analiz

Haqqında danışılan xalça mənşəyinə görə, türk xalq incəsənətinin nümunəsidir, kompozisiyasına görə, Orta Asiya və “Qazax xalçası” adlı Azərbaycan xalçalarını xatırladır. Onun orta sahəsi iki plana malikdir – arxa və ön plan. Birinci hissənin, yəni ön planın mərkəzində dişcikli təsvirləri olan böyük göl yerləşir. Gölün yuxarı və aşağı hissələrində qədim Muğan xalçaları üçün səciyyəvi olan “köhnə naxış” vurulmuşdur. Türkmən xalçaçıları bu elementi “qırx qoçaq” adlandırır. Aşağıdan yuxarıya qalxan mədaxilin zərif haşiyə zolağı orta sahənin yuxarı küncünə 20 sm qalmış qırılır və mehrab təsviri yaradaraq mərkəzi mehvərə doğru yönəlir. Zərif zolaq ilə haşiyələnmiş bu mehrab dini mahiyyət daşıyan və namazlıqlar üçün səciyyəvi olan rəmzi məna daşıyır. Diqqətlə baxılsa, enli çiyinli insanın qabaqdan görünüşünün silueti ilə oxşarlıq aşkar etmək olar. Bu fantastik təsvir ərəb işğalına qədər astro sitayişin mövcud olduğu Yaxın Şərqdə və Orta Asiyada yaşayan xalqların tapındığı ulduzlardan biridir. Ərəb – İslam idarəçiliyi zamanı bu rəmzi işarət yeni dinin – müsəlmanlığın səciyyəsini ifadə etməyə başladı və “ləçək”, “tağ” (namazlıq) dini – dekorativ formasını əldə etdi. Orta sahənin yuxarı hissəsində, daha dəqiqi, arxa planda öndə olduğu kimi, xalq arasında “Saqqaldarağı” adlandırılan elementlər düzülmüşdür. Orta sahəni əhatə edən haşiyə “həmənkömənçi” adlandırılan iki mədaxildən və Bakı xalçaları üçün səciyyəvi olan ağ fonlu,“çaxmaq” adlandırılan bir orta haşiyədən ibarətdir.

Texniki xüsusiyyətlər

“Qaraqoyunlu” xalçaları, adətən 100-150 sm-dən 150-200 sm-dək ölçülərdə toxunur. Nadir hallarda uzunsov formalı və daha böyük ölçülü xalçalara rast gəlmək mümkün olur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşdirilir ( hər kvadrat metrdə 125 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 6 – 8 mm-dir. “Qaraqoyunlu xalçaları” Azərbaycanın əla növlü xalçaları hesab olunur.


Tarix: 24.03.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Toxuculuq