beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xantirmə xalçası

Xantirmə xalçası – Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinə aid olan "Xantirmə" xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Dağlıq Qarabağda Hadrut, Qarabulaq, Köhnə Tağlar və başqalarıdır. Bu xalçaların əsas kompozisiyası mənşəyinə görə, hind tirməsinə bənzəyir. Əvvəllər, məlum olduğu kimi, xanların və aristokratların rəsmi səfərlər, mərasimlər və təntənəli görüşlər üçün libasları tirmədən hazırlanardı. Burdan da xalçanın adı əmələ gəlmişdir: "xan" və "tirmə".

Bədii analiz

"Xantirmə"nin orta sahəsinin kompozisiyasını şaquli olaraq yerləşmiş enli və nazik zolaqlar təşkil edir. Enli zolaqların bəzəyi buta və "ilanqac" formalı bükülən budaqlardır. Nazik zolaq–mədaxil enli zolaqlarla növbələşir. Bu mədaxil, həmçinin xalçanın əsas haşiyə zolağı–orta haşiyə xalçanın orta sahəsini əhatə edir. Sankt-Peterburqda "Ermitaj" muzeyində, Sankt–Peterburq etnoqrafik muzeyində, Bakıda İncəsənət Muzeyində qorunan xalçalar "Xantirmə"nin təsvirləri əsasında toxunan xalçalardır.

Texniki xüsusiyyətləri

"Xantirmə" xalçaları, başlıca olaraq, uzunsov formalı olur. Nadir hallarda namazlıqlara da rast gəlinir. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşir ( hər kvadrat metrdə 160 000 düyün). Xovun uzunluğu 6 – 8 mm – dir. "Xantirmə" xalçalarını orta kateqoriyalı Qarabağ xalçalarına aid etmək olar.


Tarix: 24.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Toxuculuq