Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərəcə xalçaları

Qərəcə xalçaları - Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Təbriz qrupuna aid olan Qərəcə xalçaları qədim və zəngin tarixə malikdir.İstehsalı

Şəkildə təsvir olunan xalçanın adı Təbrizdən şimal - şərq istiqamətində yerləşən Qərəcdağ rayonunun adı ilə bağlıdır. Bu rayonun mərkəzi Axar - Azərbaycanın qədim şəhərlərindən biridir. Bu mahalda istehsal olunan xalçalar Mərənd xalça sənətinin təsiri altında inkişaf edirdi. Mərənd Azərbaycanın ən qədim xalçaçılıq məntəqələrindən biri olub, Axardan təqribən 100km məsafədə yerləşir.

Bədii xüsusiyyətləri

"Qərəcə" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə düzülmüş çoxbucaqlı və pilləli göllərdən və başlıqlardan ibarətdir. Həndəsi naxışlarla bəzədilmiş bu xalçalar bədii tərtibatına görə "Şirvan" tipli xalçalarla oxşardır. "Qərəcə" xalçalarının rəng xüsusiyyətləri bu rayonda olan bağların, güllüklərin və çəmənlərin bolluğu ilə təyin olunur. Onlardan təbii və davamlı boyaq maddələri əldə edilir.

Texniki xüsusiyyətləri

"Qərəcə" xalçaları, adətən uzunsov olur. Bəzən kvadrat formada belə xalçalara rast gəlinir. "Heris" və "Görəvan" xalıları ilə müqayisədə "Qərəcə" xalçalarında ilmələrin sıxlığı daha böyükdür.


Tarix: 24.03.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Toxuculuq
loading...