beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd dişlərinin əhəmiyyəti

Bildiyimiz kimi, süd dişlərinin əsas vəzifəsindən biri uşağın düzgün qidalanmasını təmin etməkdir.
Həmçinin danışıq formasına və dişlərin normal çıxmasına da təsirlidir. Ona görə diş həkimləri süd dişlərinin uşaqlarda böyük əhəmiyyət daşıdığını bildirir.
Dişlərin çıxması dövründə tüpürcək artdığı üçün öskürək, dodaq və yanaq ətrafında qızartılar, yüngül çatlar ola bilər. Buna görə də tüpürcək yumşaq bir dəsmalla qurulanmalı, qızaran və çatlayan yerlər nəmləndirici ilə nəmləndirilməlidir. Digər tərəfdən, bəzi hallarda tüpürcəyin artması ilə əlaqədar diş ətində qaşınmalar baş verir. Bu vaxt plastik olmayan rəngli süni "diş qaşıyıcılarından" istifadə etmək olar.
Müalicə edilməyən süd dişləri çürüklərə, ağrı və pis qoxuya, çeynəmə çətinliyinə, qidalanma pozuqluğuna səbəb olur. Yaranan diş pozğunluqları isə diş əyriliyi, çənə qisminin inkişafında pozuqluqlar əmələ gətirə bilər. Bu səbəbdən süd dişlərində olan çürüklər müalicə edilməli və süd dişlərinə əhəmiyyət verilməlidir.


Tarix: 19.01.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 8 Bölmə: Stomatologiya