beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çürük dişlər bir çox xəstəliklərə səbəb ola bilər

Bəyaz və sağlam dişlər hər kəsin arzusudur. Amma təəsüf ki, gözəl təbəssüm hər kəsə nəsib olmur. Şirniyyatlar, kəskin soyuq və isti içkilər, ətli xörəklər, bir sözlə qidalarda dişlərin çürüməsində böyük rol oynayır. Çürük dişlərə ötəri yanaşmayın. Çünki o heç də siz düşündüyünüz kimi bəsit xəstəlik deyil. Çürümüş diş bir çox xəstəliklərin yaranmasına səbəb olur. Aparılan araşdırmalar sübut edirki dişlər ürək narahatlığı, görmə pozğunluğu, beyin, böyrək və revmatizm xəstəliklərinə zəmin yaradır.

Amma müəyyən qaydalara riayət etməklə dişlərin sağlamlığını təmin etmək olar. Dişləri nizamlı olaraq gündə iki dəfə fırçalamaq və vaxtı vaxtında diş həkiminə müraciət etmək lazımdır və bu, diş sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Dişlərin sağlamlığı üçün turşulu içkilərdən, çay və qəhvə kimi dişlərə mənfi təsir edən içkilərdən uzaq olmaq lazımdır.

Dişdəki problemlər bədənə də mənfi təsir edir və ağız qoxusuna da səbəb olur. Bundan başqa dişdə çürüklərin yaranması mədəyə, ürəyə və digər daxili orqanlarada öz təsirini göstərir. Diş əti iltihabı immuniteti zəiflətdiyindən bakteriyalar orqanizmdə rahatlıqla özünə yer edir. Nəticədə bakteriyalar qan dövranı ilə bədənə yayılır. Çürük dişlər hətta qadınlarda erkən doğuşa da gətirib çıxarır. Bir sözlə çürük dişlərin yaratdığı problemlərdən uzaq olmaq üçün dişlərə vaxtında qulluq edilməlidir.


Tarix: 19.01.2015 / 13:03 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Stomatologiya