beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musiqi ruhun qidasıdır

Çətin ki, dünyada musiqini sevməyən və musiqi dinləməyən insan olsun.
Lakin gəlin görək musiqiyə bir əyləncə vasitəsi kimi baxmaq düzgündür yoxsa musiqinin insan üçün nəsə bir xeyri varmı?!
ABŞ-da yerləşən Michigan Dövlət Universiteti bu məsələ üzərində müəyyən tədqiqatlar apardıqdan sonra belə qənaətə gəlmişlər ki, musiqinin insan səhətinə böyük təsiri var. Musiqi qan dövranını nizamlayır, vücudun hərarətini yaxşılaşdırır. Bunlarla yanaşı musiqi insan ruhunu belə demək mümkünsə həbs etmə bacarığına malikdir. Belə ki, Kanadanın Edmonton şəhərində aparılan bir tədqiqat bunu daha aydın şəkildə təsdiq etmişdir. Şəhərin küçələrində qaçışan piyada kütləsinin reaksiyasını yoxlamaq üçün küçələrdə Motsartın əsərlərini səsləndirdikdən sonra müşahidə etmişlər ki, piyadalar daha sakit bir tərzdə hərəkət edirlər və bir müddət sonra isə həmin ərazilərdə dərman satışları kəskin şəkildə azalmağa başlayır.

Həmçinin tədqiqat zamanı məlum olmuşdur ki, musiqinin fərqli janrları olduğu kimi onun təsiridə fərqlidir. Məsələn restoranlarda rok musiqisi səslənən zaman insanlar daha tez-tez və çox yeyirlərsə bu hal klassik musiqi sədaları altında tam əksinə olur.
Alsheymer xəstələrini adətən musiqi ilə müalicə edirlər çünki musiqi konsentrasiyanı yaxşılaşdırır, gərginliyi aradan qaldırır.


Tarix: 08.01.2015 / 15:44 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq