beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burnunuzu təmiz və açıq saxlayın

Qış gəldi çatdı... Yaxşı bəs xəstəliklərdən qorunmaq üçün yetərli tədbirlər görmüsünüzmü?

Qış aylarında artan qrip, soyuqdəymə və sinusit kimi xəstəliklərdən qorunmaqda və bu xəstəliklərin müalicəsində burun yolunun açıq və təmiz olması böyük əhəmiyyət daşıyır.
Qrip, soyuqdəymə və s. bu səpgidən olan xəstəliklərə tutulmuş insanların böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır formada olduqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalıdır. Vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Bu zaman bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyişdirilməlidir. Qripə yoluxan insan mütləq bir şəkildə həyat üçün zərərli işlərdən və vərdişlərdən tam uzaqlaşmalı, spirtli içkidən və siqaretdən imtina etməli və çoxlu istirahət etməlidir. Yalnız soyuqdəymə və qrip kimi xəstəliklərdə deyil, burnu açıq və təmiz tutmaq, kifayət qədər oksigen dövranı baxımından bütün bədənin sağlamlığında əhəmiyyətli rol oynayır. Trakya Universiteti (TU) Tibb Fakültəsi Xalq Sağlamlığı Fundamental elm sahəsinin müdiri Prof. Həkim. Faruk Yorulmaz da burnu açıq və təmiz saxlamağın son dərəcə vacib olduğunu söyləyir.
Qış mövsümündə soyuqdəymə, qrip, sinusit və bronxit kimi tənəffüs sisteminə təsir göstərən xəstəliklərin ortaya çıxmağa başladığını ifadə edən Prof. Yorulmaz, ''Müalicə edilmədiyi zaman ölümlərə qədər gedən bu xəstəliklərdən qorunmanın yolu, burnu təmiz və açıq tutmaqdır'' deyə söyləyib.


Tarix: 08.01.2015 / 13:32 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Saglamliq