beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Infraredli sobalar insan sağlamlığına ziyan vurur

Qış fəslinin gəlməsi və havaların soyuması nəticəsində insanlar yaşadıqları yerləri müxtəlif vasitələrlə isitməyə çalışırlar. Bu vasitələrdən biri də son zamanlar əhali tərəfindən olduqca maraqla qarşılanan infraredli (infraqırmızı) elektirik sobalarıdır. Bu sobalar isinmək üçün olduqca əlverişli sayılır lakin mütəxəssislər infraredli sobaların elektromaqnit şüaları yaydığını bildirir və bu sobalara bir metrdən artıq yaxınlaşmamağı həmçinin bu sobadan mümkün qədər az istifadə etməyi məsləhət görürlər.
Sobanın təsiri altında çox qalındığı zaman yuxusuzluq, halsızlıq, immunitet sisteminin zəifləməsi hətta xərçəngə belə yol açdığı bildirilir. Bu səbəbdən də bu tip sobaların işlədiyi otaqların havası tez-tez dəyişdirilməli eyni zamanda sobadan mümkün qədər uzaq olunmalıdır.


Tarix: 08.01.2015 / 15:22 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Saglamliq