beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqareti tərgitmək niyə çətindir?

Yeni araşdırma göstərir ki, siqaret çəkən şəxslərin əksər hissəsi bu adət tərgitmək istərdi.

Amma hətta bir gün siqaretsiz ötüşməyin çətinliyi bunu etməyə imkan vermir.
Milli Statistik hesabat 13 min adamın rəyini öyrənib və müəyyən edib ki, Britaniyada siqaret çəkənlərin 63 faizi adəti tərgitmək istərdilər.

Lakin onların yarıdan çoxu bir gün ərzində siqaret yandırmadan yaşamağı təsəvvür edə bilmir.
Son illərdə siqaret çəkənlərin sayı artmaqdansa azalmağa doğru getməyə başlayıb.

Hazırda yaşlıların 20 faizdən bir az çoxu siqaret çəkir.
Bunun səbəbi adamların siqaretin ziyanından daha xəbərdar olmasıdır.
Siqaretə həvəsi öldürməyə yönəlmiş tədbirlər arasında ictimai yerlərdə onun qadağanı və qutularda yeni tip xəbərdarlıqların olması var.


Tarix: 08.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq