beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elektron siqaretlər insan orqanizminə ziyandır

Rusiya mətbuatının verdiyi məlumata görə, tibb alimləri elektron siqaretlə bağlı yeni araşdırma aparıb.
Yunanıstanın Afina Universitetinin alimləri belə qənaətə gəlib ki, elektron siqaretlər insan orqanizminə heç də zərərsiz deyil.
Siqaret istifadəçilərinin pis vərdişdən xilas olunmaq üçün istifadə etdiyi bu üsul, insanlarda tənəffüs sistemində problemlər yaradır.

Qeyd edək ki, Afina Universitetinin alimlərindən olan Kristina Qraçio bildirib ki, elektron siqaretlərin adi tütün məhsullarından zərərsiz olduğu iddia edilsə də, bu əslində heç də belə deyil. "Bizim apardığımız ilkin araşdırmalar əslində bunun tam əksinə olduğunu ortaya qoydu", - deyə yunanıstanlı alim söyləyib.

Yunanıstanlı alimlərdən Klaus Rab isə tütün məhsullarının alternativi olaraq elektron siqaretləri məsləhət görmədiklərini vurğulayıb.


Tarix: 08.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq