beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dar geyim insanlarda xərçəngə yol aça bilər

Mütəxəssislər insanlara səhhətlərini qorumaq üçün enli paltarlar geyinməyi məsləhət görürlər.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdiriblər.

Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellın sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə mədə xorası və xərçəngə gətirib çıxara bilər.

Süni yolla qarını yığan korsetlər isə nəfəs alarkən diafraqmanın tam olaraq aşağı düşməsinə mane olur. Bu isə stress və əsəb gərginliyi yaradır. Bundan başqa sinirlərin sıxılması nəticəsində çanaq və beldə ağrılar və keyimə baş verir.

Mütəxəssislərin açıqlamalarına görə, düymə ilə bağlanan dar yaxalı köynəklər də sağlamlığa zərər verir. Çox sıx bağlanmış yaxa göz xəstəliklərinə gətirib çıxarır. Boyunda olan damarın daim sıxılması nəticəsində göz təzyiqi artır və bu da qlaukomaya səbəb


Tarix: 08.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq