beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahar yorğunluğunu necə aradan qaldıraq?

Bahar yorğunluğunda pəhriz əhəmiyyətli hesab olunur. Daimi və məzmun etibari ilə yaxşı tərtib olunmuş bir pəhriz, bahar yorğunluğunun əsas dərmanlarınadan biridir. Xüsusilə pəhrizdə antioksidant tərkibli zəngin qidaların olmağı mütləq nəzərə alınmalıdır.
Türkiyə Elmlər Akademiyasının üzvü olduğu bildirilən İlhami Gülçin adlı professorun bahar yorğunluğunu psixoloji baxımdan mövsümi bir problem olaraq ifadə etdiyi deyilir. Bu yorğunluğun yaz və payız mövsümlərinin ilk həftələrində ortaya çıxdığı və fərqli əlamətləri olduğu bildirilir. Bu əlamətlərə yorğunluq, əldən düşmüşlük, özünü yaxşı hiss etməmə, yuxusuzluq, halsızlıq və s. aiddir. Həmin əlamətləri xatırladan professor, bahar yorğunluğunun çox ciddi qəbul edilməli olduğunu bildirərək, əgər lazımlı tədbirlər alınmazsa uzun müddətli və qalıcı problemlərə gətirib çıxarmaqla, halsızlıq, tükənmişlik sindromuna səbəb olacağı bildirilir.
Bahar yorğunluğunda əsas olaraq iki müalicə üsulunun olduğunu ifadə edən həkim əlavə olaraq bunları deyib:
Bunlardan birincisi idman fəaliyyətləridir. Məsələn hər gün ən az 15 dəqiqəlik templi yürüyüşlər və ya məşq proqramları bahar yorğunluğu üçün çox faydalıdır.
İkinci əhəmiyyətli məsələ isə pəhrizdir. Bahar yorğunluğunda pəhrizə diqqət etmək son dərəcə əhəmiyyətlidir. Xüsusilə pəhrizdə antioksidant məzmunlu zəngin qidalar alınması vacib olduğundan, tərkibində C, D və E vitaminləri olan qidalardan da bol miqdarda istifadə olunmalıdır. Həmçinin istək əsnasında tərəvəz və meyvə ağırlıqlı qidalardan istifadə edilməlidir. Daimi və balanslı qidalanaraq sağlamlıq üçün lazımi ehtiyaclar qarşılanmalıdır.
Gündəlik istifadə edilən su ehtiyacının da yaxşı nizamlanması lazım olduğunu vurğulayan professor, "Bədənin ehtiyac duyduğu miqdarda sudan istifadə edilməsinin vacib olduğu bildirilib.


Tarix: 08.01.2015 / 13:06 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Saglamliq