beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəkalı olmağın yolları

Zəkalı olmağın düsturunu çoxumuz bilirik. Lakin həyatın qanunauyğunluqlarına əsasən bəzi kəslər müxtəlif parametrlərdən bu mövzuya yanaşırlar.
Ümumiyyətlə zəkalı olmaq ilk növbədə yüksək insani keyfiyyətlərə sahib olmaqdan və həmin keyfiyyətləri qoruyub saxlamaqdan, inkişaf etdirməkdən keçir.
Necə deyərlər qalanı həyatın öz axarında həll yolunu tapır. Ancaq bəzi əlavələr var ki, internet mənbələrində xüsusi qeyd olunur. Məs: Zəkalı olmaq üçün düzgün qidalanmaq, zehni inkişaf etdirən oyunlar oynamaq və s.
Günümüzdə insanların bir qismi, zəkalı olmağı intellektual bilik və bacarıq tələb edən müxtəlif sınaq testlərinin nəticələri ilə ölçüllər. Həmin testlərdə müvəffəqiyyət qazanmaq üçün çoxlu zəhmət çəkənlər gələcəkdə yüksək zəka sahibi olurlar. Sadalananlardan hər biri olduqca əhəmiyyətli və önəmli cəhətlər hesab olunur.
Sağlam düşüncə sahibi olan insanlarda problem həll etmə qabiliyyətləri daha çevik olur. Sağlam düşüncə üçün mövcud imkanlar olmalıdır.
Şəhərlilər kəndlilərə nisbətən daha zəkalı olurlar. Çünki, şəhərdə imkanlar daha genişdir.
Meditasiya zehni dinclik, düşünmə, öz dünyasına qapılıb irəlini planlama baxımından əhəmiyyətli hesab olunur. Araşdırmaçılara görə, yaddaş, diqqətlilik üçün meditasiyadan faydalanmaq olar. Məlumata görə bir elmi təcrübə göstərib ki, nizamlı gündəlik meditasiya serebral korteks hissələrinin ölçülərini böyüdə bilər.
Məlumatda bildirilir ki, dünyanın qabaqda gələn və irəlini düşünən təşkilatları, işçiləri üçün meditasiya dərsləri təqdim edir.
Beyin gimnastikası ilə məşğul olmaq insanın daha da zəkalı edir. Beyin, insan bədəninin bir çox qismi kimi, gücünü və canlılığını qorumaq üçün nizamlı məşqə ehtiyac duyur. Məşhur beyin gücləndirmə məşqləri arasında strategiya və söz oyunları, puzzle və s. əyləncəli məşğuliyyətlər var. Riyaziyyat və məntiq məsələləri həll etmə və ya müxtəlif krasvordlarla məşğul olmaq da olduqca faydalıdır. Müxtəlif layihələr hazırlamaq və ya problem həll etməkdə çevik düşünmə və problem həll etmə qabiliyyətini artırır.
Normal yuxu saatı insan beyinin yorulmaması və inkişafı üçün vacib amillərdən biri hesab olunur. Böyüklər üçün ümumiyyətlə 6 və ya 8 saat yuxu məsləhətdir.
Bədənə baxmaqda zəkalı olmaq üçün olduqca faydalıdır. Fiziki məşqlər bədəni gücləndirməyə və beyni qüvvətləndirməyə təsirlidir. Fiziki məşqlər həm də ruh sağlamlığı üçün əhəmiyyətli hesab olunur. Bu zaman qan axışında beyindəki oksigen və qlükoza səviyyəsi yüksəlir.
Düzgün qidalanmaq zəkalı olmağın əsas yollarından biri hesab olunur. Beyin sağlamlığı üçün bir çox qidalar var. Məsələn balıq yağı, yumurta, protein və tünd yaşıl tərəvəzlər beyin sağlamlığı üçün faydalı qidalara aid edilir. Yaşıl çay, bitki çayları və fındıq, qoz növləri də yaxşı beyin qidalandırıcıları hesab olunur.
Doğru qidalanmaq, lazımi qədər yuxu almaq, həm zehni həm fiziki məşqlər zamanı yaddaşı və bütün beyin funksiyasını inkişafına səbəb olur.


Tarix: 08.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Saglamliq