beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz kələmi xeyirlidirmi?

Dəniz kələmi-laminariya özünəməxsus faydalı və ziyanlı tərəfləri ilə müasir tibb və kosmetologiyada lazımi yerini almışdır.Ən sadəsindən başlamış mürəkkəb bir çox üsullara qədər laminariyanın rolunun əvəzsiz olduğu görünməkdədir. İlk növbədə bildirmək lazımdır ki,laminariyada faydalı elemntlərin nisbəti heç də arzuolunan kimi deyil.Lazımı şəkildə faydalanmaq üçün onu xüsusi üsullarla emal etmək lazımdır. Laminariyanın ən yaxşı saxlanma üsulu quru toz şəkilindədir.Sublimasiya üsulu ilə qurudulan dəniz kələminin geri qalan 12%lik nəmliyi onun uzunmüddət saxlanmasına təminat verir.Faydalı maddələrin saxlanması üçün onu termiki işlənmədən keçirmək olmaz.Belə ki,onun lazımi komponentləri orqanizm tərəfindən asanlıqla sorulmaqla bərabər eyni zamanda asanlıqla da,hətta dəri ilə belə ifraz oluna bilir. Unutmaq lazım deyil ki, laminariyanın özü qədər onun quru ekstraktı da bioloji ajtiv maddə hesab olunur və bir çox xəstəliklər,xüsusilə diareya və bağırsağın kəskin xəstəlikləri,qalxanabənzər vəz xəstəliklərindən olan hipertireoz və s. zamanı mütləq ehtiyatlı olmaq lazımdır.Gündəlik norma isə faydalı ola biləcək mikroelementlərin konsentrasiyasının kifayət qədər yüksək olması ilə əlaqədar 2 çay qaşığından artıq olmamalıdır.


Tarix: 09.01.2013 / 22:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Saglamliq