beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendir yeyin ki, yaxşi yatasınız

Alimlərin apardığı araşdırmalarda 200 nəfər könüllü şəxs iştirak etmişdir. Eksperimentin iştirakçıları həftə ərzində yatmazdan yarım saat öncə 20 qram pendir yeməli idilər.

Nəticədə iştirakçıların 72% daha yaxşı yatdıqlarını, üçdə ikisi əvvəlindən fərqli olaraq yuxuda nə gördüklərini yadda saxladıqlarını qeyd etmişdilər. Tədqiqat iştirakçılarının hamısı qorxulu yuxu görmədiyini söyləmişdir.

Mütəxəssislərin fikrinə əsasən, pendirin tərkibində triptofan adlı amin turşuları var ki, bu da insanın stres vəziyyətindən çıxmasına kömək edir və yuxusunu stabilləşdirir. Lakin gecə saatlarında artıq kaloriy yığmaq istəmirsinizsə, yuxudan qabaq sakitləşdirici cökə çayı içə bilərsiniz.

Həmçinin bal yaxşı yuxu gətirir. 1-2 qaşıq duru bal yesəniz möhkəm yatacağınızdan əmin olun.Xüsusilə bu məsləhətlərdən yuxusuzluqdan əziyyət çəkən yaşlı nəslin nümayəndələri faydalanmalıdır.


Tarix: 28.12.2012 / 18:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Saglamliq