beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Girdiman qalası

Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Laqodexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir. Lahıca avtomobillə getmək olar.


Tarix: 02.02.2015 / 13:46 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Qafqaz Albaniyası