beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaxtanq Taqavorazn

Vaxtanq Taqavorazn (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı. Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir.

Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır. 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır. Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.

Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik tərəfindən idarə edilən Aşağı Xaçın arasında bölünmüşdür. 1214-cü ildə Xudavəng monastırında Vaxtanqın məzarı üzərində, xanımı Arxuxatun və oğlanları tərəfindən kafedral kilsə inşa edilmişdir.


Tarix: 30.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Qafqaz Albaniyası