beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Həsən

I Həsən – XII əsrin sonu – XIII əsrin əvvəllərində Xaçın knyazı.

Hakimiyyəti əsasən mərkəzi Zar kəndi olan Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Sarkis Zaxarinin qızı Dəfnə xatunla (erməni dilinə uyğunlaşdırılmış versiyası Dop) evli olmuşdur. I Həsənin tarixi mənbələrdə son xatırlanması 1204 – cü ilə aiddir. I Həsənin ölümündən sonra bir müddət xanımı Dəfnə xatun dövləti idarə etmişdir. Bu dövrdən etibarən alban hökmdar sülaləsi Arranşahik sülaləsinin Yuxarı Xaçında hakimiyyətdə olan qolu onun adı ilə Dəfnə sülaləsi – Dop sülaləsi (erməni dilli mənbələrdə Dopyanlar) adlandırılmışdır.

I Həsənin qardaşı Hovannes Alban Həvari Kilsəsinin tanınmış din xadimlərindən biri olmuşdu.


Tarix: 30.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qafqaz Albaniyası