beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos II Qriqoris

Katolikosluğu
1131-1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub.

Hakimiyyətə gəlməsi
Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır:

...8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139-14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak - məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud - "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N.Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları ilə birlikdə Ərməniyyədən Albaniya ölkəsinə gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə hamını Tovuz adlanan qalada topladı.
Əyanlar bunlar idi:

Çar David - Çar Abasın qardaşı
Stepannos - Çar Davidin qardaşı, Kvirikenin oğlu
David vardapetin şagirdi - Sarkis vardapet
Gəncə arxiyepiskopu - Qriqor
Yepiskop Sahak - Sarkis vardapetin şagirdi
Koqt vilayəti və Şamxor (Koqt və Çamxor bir kilsə dairəsinin təşkil edirdi. Şamxor indiki Şəmkir, Koqt isə Artsakın Şimalındakı ərazi idi.) şəhərinin yepiskopu - Stepannos
Şəmirəmcor yepiskopu Sərkis (Şəmirəmcor - indiki Səmirəm dərəsi. Vardan Artsakda Şəmiram qalasının adını çəkir)
Kabr yepiskopu Manuel (Kabr adlı yer müəyyənləşdirilməyib)
Həmşivəng keşişi Sərkis.
Bu yığıncağın başında Ərməniyyə katolikosunun baş yepiskopu müqəddəs ata Sahak habelə tərki-dünya və müqəddəs vardapet Sərkis dururdu.

Beləliklə onlar gurultulu mərasim və təntənəli ibadət şəraitində rəhmətə getmiş Albaniya katolikosu müqəddəs ata Stepannosun qardaşı oğlu Qriqoru Albaniya katolikosluğuna layiq gördülər. Həmin məclis günü Tre ayında (erməni təqviminin Tre ayının 27-si, 588-ci ili - 11 iyun 1130-cu il) İşıqlı Dirilmə günü - Müqəddəs Ruhun zühur günü ilə bir günə düşdü.
Gəncə zəlzələsi
Gəncə zəlzələsi baş verəndə katolikos sağ qalsa da Gəncə arxiyepiskopu Qriqor həlak olmuşdu. 1145-ci ildə Halley kometini görən Qriqoris bunu aclıq və işğalların bir xəbərçisi olduğunu düşünmüşdü.


Tarix: 30.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Qafqaz Albaniyası