beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayır şəhər

1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman,buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır.Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir.Onun Şimal kənarında Kamaltəpə və Qalanın Cənub divarları yerləşir.Qərb tərəfdən axan Qaraçay isə yüşüyış yerinin xeyli hissəini yuyub aparmışdır.Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var.Yeni aşkar edilən yaşayış yeri xarabalığı,Qalanın Cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar.XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A.Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir.Onun əldə etdiyi məlumata görə,şəhər xarabalığa çevriləndən sonra Qalanın Cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi.O zaman artıq əhali bu yeri Qəbələ deyil,yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.Sonralar Qaraçay vaxtaşırı sel gətirdiyindən əhali bu yeri tərk edərək indiki Çuxur-Qəbələ kəndinin yerinə köç etmişdir.Yuxarıda qeyd edilənlərdən sonra demək olar ki,Bayır şəhər orta əsr Qəbələsinin ayrılmaz hissəsi olmuşdur.Bayır şəhərdə arxeolojiqazıntılar nəticəsində məlum olmuşdur ki,burada evlər cərgə üsulu ilə tikilmişdir.Məlum məsələdir ki,kənd evləri belə sıx tikilə bilməz.Bu arxeoloji dəlil həmin abidənin şəhər tipli yaşayış yeri olduğunu söyləməyə imkan verir.


Tarix: 30.01.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qafqaz Albaniyası