beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos IV Davud

Katolikosluğu
Katolikos III Moiseydən sonra kürsüyə çıxmış və iyirmi səkkiz il kürsüdə oturmuşdur. Katolikos IV Davud Qəbələ yepiskopluğundan seçilmişdir. Aluen kilsə məclisinin kanonlarından biri olan yaxın qohumla evlənməyə etiraz etməmişdi. Moisey Kalankatlı bu hadisə haqqında yazır:

O, Şəki hakiminin qanunsuz nigahına xeyir-dua vermişdi. Hakimin qardaşı ondan soruşmuşdu: "Ağam, haradan gəlirsən?" O, cavab vermişdi: "Qardaşının evindən". Onda knyaz Katolikos Davuda belə demişdi: "Qoy sənin xeyir-dua verən dilin qurusun və heç vaxt dillənməsin! Qoy sənin sağ əlin qurusun!" Bunu deyən kimi, diliylə əli qurudu və o, ölənə kimi sağalmadı.


Tarix: 30.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qafqaz Albaniyası