beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atrnerseh

Atrnerseh (doğum tarixi bilinmir – 870) – Xaçın knyazı. Səhl ibn Sunbatın kiçik oğlu. 821-ci ildə alban hökmdar sülaləsi Mehranilərin son nümayəndəsi olan Spramla evlənmişdir. Adernersehin hakimiyyəti əsasən Yuxarı Xaçın ərazisini əhatə etmişdir. Onun malikanəsi Zar kəndi ərazisindəki Ləv qalasında yerləşmişdir. 854-cü ildə atası və qardaşı ilə birgə ərəblərə qarşı üsyanda iştirak etmiş, ərəb sərkərdəsi Buğa tərəfindən həbs edilmiş və Samirə şəhərinə göndərilmişdi. Atrnersehin əsirlikdə olduğu müddətdə hakimiyyətdə onu həyat yoldaşı Spram əvəz etmişdi. Spram geniş quruculuq işləri ilə məşğul olmuş, Zarda Yenivəng kilsəsini inşa etdirmişdi. Əsirlikdən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır. O, Ləv qalasını bərpa etdirmiş, eyni zamanda yeni mərkəz kimi Vaykunikdə (müasir Kəlbəcər rayonunun ərazisi) geniş quruculuq işləri aparmışdır.


Tarix: 30.01.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qafqaz Albaniyası