beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos II Sargis

Katolikosluqdan öncə
Katolikos XI İohannesin qardaşı idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə həbs edən İbrahim xan Sargisi də əsir saxlamışdı. Katolikos İsrail onların qaçmağına imkan verməmiş, Sargis yenidən həbs olunmuş, qardaşları Cəlalbəy və Danyalbəy həbs olunmuşdu. Cəlalbəy daha sonra xəyanətə görə edam olunmuşdu.

Katolikosluğu
1794-cü ildə keşişlər tərəfindən katolikos seçilsə də Gəncəsər monastırı və Amaras monastırı Katolikos İsrailin əlində olduğu üçün bu ancaq nominal titul xarakteri daşıyırdı və Ağbatda mərkəzlənmişdi. Gülüstan müqaviləsindən sonra Gəncəsərə qayıdan Sargis qardaşıoğlu Bağdasarla birlikdə fəaliyyətə davam edirdi. 1815-ci ildə Rusiya sinodunun qərarı ilə Alban Həvari Kilsəsinin katolikosluğu ləğv edildi və Sargisin dərəcəsi endirildi.

Son illəri
1815-1828-ci illər arasında mitropolit kimi fəaliyyətini davam etdirən II Sargis, 19 dekabr 1828-ci ildə vəfat etdi. Onunla Müqəddəs Yeliseydən bəri davam edən Alban katolikosları sırası kəsildi. Ölümündən sonra qardaşı oğlu Bağdasar Həsəncəlalyan mitropolit olaraq fəaliyyətə davam etdi.


Tarix: 30.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Qafqaz Albaniyası