beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aluen kilsə məclisi

Aluen kanonları ilkin Orta əsrlər Qafqaz Albaniyasının bizim dövrümüzə gəlib çatmış yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir.Bu sənəddə Albaniyada sosial,hüquq və kilsə münasibətləri öz əksini tapmışdır.

Aluen kilsə məclisinin keçirilməsialban çarı III Mömin Vaçaqanın hakimiyyəti dövründə olmuşdur.Onun hakimiyyəti haqqında məlumatlar isə V əsrdə ölkənin siyasi tarixini əks etdirir.

Bir qayda olaraq Aluen kaninlarının qəbul olunması tarixi V əsrin son 25 ilinə təsadüf edir (487-488-ci illər).Bu tarixi btün tədqiqatçılar təsdiq edirlər.Yalnız N.A.Akinyan və S.Ovannesyanın fikirləri istisna təşkil edir.Belə ki,N.A.Akinyan tarixdə III Mömin Vaçaqan adlı alban çarının tarixi çəxsiyyət olduğunu şübhə ltına alır,onu Alban ölkəsinin tarixi əsərinin müəllidinin uydurması sayaraq,Aluen məclisinin çağırılmasını da V əsrin ortalarına-451-459-cu illər arasına çəkir.N.A.Akinyan öz mülahizələrinə heç bir tarixi dəlil gətirmir.S.X.Ovannesyan isə Aluen kanonlarının tarixini IV əsrə aid edərək belə bir mülahizə yürüdür ki,həmin kaninlar 488-ci ildə III Vaşaqanın dövründə yox,372-387-ci illərdə II Vaçaqanın dövründə qəbul olunmuşdur.Lakin S.X.Ovannesyan da heç bir tarixi dəlillə fikrini əsaslandıra bilmir.

S.X.Ovannesyanın fikrinə görə Aluen kanonları üçün baza rolunu erməni aştişat kanonları oynamışdır.Fəridə Məmmədova isə bunun əksini sübut edir.Məsələ burasındadır ki,həm erməni,həm də alban kanonları üçün eyni olan kanonlar vardı ki,xristian qayda-qanunlarını təsbit edirdi.bu da təbiidir ki bu kanonlar xristian dininin qanunlrını təsdiq etduyunə görə bütün xristianlar üçün eyni olmalı idilər.Bu qyda-qanunlar ümumdünya dini məclislərində qəbul olunmuşdular.O ki qaldı digər Aluen kanonlarına onlar müstəqildirlər,bu kanonların aştişat məclisinin ibadətgahlara,leprozoruylara,qadın monaetrlarına,qonaq evlərinə həsr olunmuş kanonlardan asılılığını heç nə sübut etmir.Bunların heç biri Aluen kanonlarında yoxdur.Bundan sonra S.X.Ovannesyan IV əsrdə Ermənistan və Qafqaz Albaniyasının daxili vəzuyyətlərini də eyniləşdirmyə cəhd göstərərək belə bir mülahizə irəli sürür ki,Aluen və aştişat kanonlarının "yaxınlığı" dövrü yaşantıların yaxınlığından irəli gəlir.Di gəl ki,Aluen kanonlarını nəzərdən keçirəndə aydın olur ki,IV əsrdə Ermənistandakı siyasi şəraut Qafqaz Albaniyasının siyasi şəraitinə qətiyyən uyğun deyil.Çünki bu dövrdə Ermənistan Sasanilər və Bizans arasında parçalanıb faktiki dövlət kimi yox olduğu halda,Qafqaz Albaniyası güclü və çiçəklənən dövrünü yaşayırdı.


Tarix: 30.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 159 Bölmə: Qafqaz Albaniyası