Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Yelisey

Müqəddəs Yelisey və ya Eqişe - Alban katolikosu. Alban Avtokefal Həvari Kilsəsinin ilk katolikosu. Müqəddəs Faddeyin tələbəsi olmuş, Həvari Yakov tərəfindən Alban Avtokefal Həvari Kilsəsinin rəhbərliyinə təyin edilmişdir.

Həyatı
Moisey Kalankatlının məlumatına əsasən Eqişe Müqəddəs Faddeyin tələbəsi idi. Müqəddəs Faddeyin maskutlar tərəfindən şəhid edilməsindən sonra Yerusəlimə qayıdaraq, hadisə barədə digər həvarilərə danışıb və orada Yerusəlimin ilk patriarxı, İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Daha sonra Yerusəlimdən İrana oradan da maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır, oradan Uti vilayətinə gəlir. Daha sonra isə Gis zonasına gələrək Kiş kilsəsini tikir. Lakin bəzi tədqiqatçılar bu marşrutun doğruluğuna inanmır. Onların fikrincə Yelisey əvvəl Uti vilayətinə gəlmiş, Kiş, Çola, Axtı, Zrıx, Müxrək, Qelmets marşrutu ilə hərəkət etmişdir. Araşdırmaçıların fikrincə Müqəddəs Yelisey 60-cı illərdə fəaliyyət göstərmişdir. Qomenk (Qelmets) kəndində şəhid edilmişdir.


Tarix: 30.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Qafqaz Albaniyası
loading...