beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban katolikoslarının siyahısı

Alban Həvvari Kilsəsinə rəhbərlik etmiş katolikosların aşağıdakı siyahısı alban tarixçiləri Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", Mxitar Qoşun "Alban salnamələri", Kirakos Gəncəlinin "Tarix" və Steppanos Orbelianın "Sünik tarixi" əsərlərinin mətninin müqayisəsi əsasında dəqiqləşdirilmişdir. Lakin siyahı tam deyil. Belə ki, XII əsrdən sonrakı alban mənbələrinin əksəriyyəti ermənilər tərəfindən məhv edildiyindən yerli mənbələrdən bu haqqda məlumat almaq mümkün deyil. Erməni mənbələrinin isə səhihliyi şübhə doğurduğundan həmin mənbələrdən istifadə edilmədi. Gəncəsər məbədində də alban katolikoslarının böyük bir siyahısı daş üzərində yazılmış və qorunmuşdu. Lakin hazırda məbəd erməni işğalı altında olduğundan həmin siyahıdan da istifadə etmək imkanı yoxdur. Həmin siyahının ermənilər tərəfindən məhv edilib-edilmədiyi də bəlli deyil. Lakin Alban Həvvari Kilsəsinin 1836-cı ilə kimi müstəqilliyini qorumuş və Rusiya Sinodunun qərarıyla ləğv edilənə kimi öz katolikosları olmuşdur.

Gəncəsər monastırı siyahısı:

Katolikos Bezgen (1140)
Katolikos III Stepannos (1155–1195)
Katolikos VI İohannes (1195–1235)
Katolikos II Nerses (1235–1262)
Katolikos IV Stepannos (1262–1323)
Katolikos Sukias (1323-?)
Katolikos II Petros (?–1331)
Katolikos III Zəkəriyyə (1331)
Katolikos VIII Davud (?)
Katolikos Karapet (1402–1420)
Katolikos VII İohannes (1426–1428)
Katolikos III Matteos (1434)
Katolikos II Anastas (?)
Katolikos III Qriqoris (?)
Katolikos VIII İohannes (1441–1470)
Katolikos Yezariya (?)
Katolikos I Aristakes (?)
Katolikos Tomas (1471)
Katolikos V Stepannos (1476)
Katolikos IV Nerses (1478)
Katolikos III Simeon (1481)
Katolikos Arakel (1481–1497)
Katolikos IV Matteos (?)
Katolikos II Aristakes (1515–1516)
Katolikos IV Qriqoris (1559–1574)
Katolikos III Petros (1571)
Katolikos IX Davud (1573)
Katolikos Filipp (1574)
Katolikos IX İohannes (1574–1586)
Katolikos IV Simeon (1586–1611)
Katolikos III Aristakes (1588)
Katolikos Melkiset (1593)
Katolikos V Simeon (1616)
Katolikos X İohannes (?)
Katolikos V Qriqoris (?)
Katolikos IV Petros (1653–1675)
Katolikos II İyeremiya (1676–1700)
Katolikos VI Simeon (1675–1701)
Katolikos Esaya (1702–1728)
Katolikos V Nerses (1706–1736)
Katolikos İsrail (1728–1763)
Katolikos XI İohannes (1763–1786)
Katolikos VII Simeon (1794–1810)
Katolikos II Sargis (1810–1815) (Mitropolit 1815-1828)


Tarix: 30.01.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qafqaz Albaniyası