beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos Esaya

Katolikosluğu
Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.

Gəncəsər məclisi
1711-ci ildə Gəncəsərdə keçirilən gizli məclisdə bir sıra qərarlar qəbul olunmuşdu. Katolikoslar və yepiskoplar bundan sonra xalq tərəfindən seçiləcək, bütün məliklər Xaçın məlikliyinin üstünlüyünü qəbul edəcək, qeyri-qanuni məşuqə saxlayan bütün məliklər sürgün ediləcəkdi.

Mülkiyyəti
Katolikos Esayanın 900 çox kəndi, bu kəndlərdə 400dən çox ev var idi.

Sonrakı həyatı
1729-cu ildə vəfat etmişdi. Yerinə Katolikos V Nerses gəldi. Katolikos Esayanın "Alban ölkəsinin qısa tarixi" kitabı Bakıda dəfələrlə çap olunmuşdur.


Tarix: 30.01.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Qafqaz Albaniyası