beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karvansaray rayonu

Karvansaray - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) tarixi Qazax-Şəmşəddil sultanlığı ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansaray (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir.

Karvansaray rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz,Hələb və Karvansaray dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.

Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də Karvansaray rayonu ərazisindədir.(Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca Dilican rayonu təşkil edilib.) Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad...


Tarix: 09.02.2015 / 12:04 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan