beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamamlı rayonu

Tarixi
1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir.

Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub. Onlardan bəziləri 1918-1920-i illərdə ermənilər tərəfindən məhv edilmiş, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycan Respublikasına köçürülmüşdür. Nəticədə 1988-ci ildə artıq yalnız üç kənddə - Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayırdılar.

5 dekabr 1988-ci il tarixdə Daşnak terror qrupu heç bir insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktı törətmişdir. Hamamlı (Spitak) şəhərində türk millətinə mənsub olduqlarına görə 17 azyaşlı uşağı iri diametrli boruya (uzunluğu 20 m, diametri 1,5 m) dolduraraq başlarına dəmir lövhələr qaynaq edib uçurumdan yuvarlamışlar. Məsum körpələri diri-diri, vəhşanə tərzdə məhv etmişlər. Ümumiyyətlə bu cür vəhşi üsulla 87 nəfərədək uşaq qətlə yetirilmişdir.

9 iyun 1989-cu ildə Hamamlıya sığorta pulu almağa getmiş dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyanla Sergey Mədətyanın hücumuna məruz qalır. O, armatur çubuqla döyülərək qəddarcasına qətlə yetirilmişdir.


Tarix: 07.02.2015 / 14:14 Müəllif: Feriska Baxılıb: 136 Bölmə: Qərbi Azərbaycan