beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soylan rayonu

Soylan - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir.
Tarixi
Soylan rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Soylan rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Coğrafi mövqeyi
Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi və Səfolar yaylası Soylan rayonu ərazisində yerləşir. Quyudağ (h.2593 m), Ağxaç aşırımı, Keçid su anbarı da bu rayondadır. Məşhur Arpa-Göyçə su kanalı məhz Arpaçayı üzərindəki Keçid su anbarından başlanır. Dərələyəz silsiləsi Arpaçayı ilə Naxçıvan çayı arasında uzanıb, Şərqdə Zəngəzur silsiləsinə qovuşur. Uzunluğu 70 km olan bu dağ silsiləsinin ən hündür zirvəsi Kükü dağıdır (h 3120 m).


Tarix: 07.02.2015 / 13:31 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qərbi Azərbaycan