Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - Coğrafiyası

Krasnoselo rayonunda rayon mərkəzindən 10 km məsafədə yerləşən və ən böyük yaşayış mətəqəsi olan Toxluca qəsəbəsinin ümumi sahəsi 55,6 kvadrat kilometr olub. Toxluca qəsəbəsinin ərazisinin çox hissəsini dağətəyi yamaclar, təbii-tarixi, eləcə də vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Toxluca qəsəbəsi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır. Toxluca Göyçə mahalının Qaraqoyunlu ilə ən yaxın kəndi(qəsəbəsi) olduğundan, yəni Göyçənin ucqarı olduğundan özündə hər iki elatın adət-ənənələrini birləşdirən, amma özünəqapanma və özünə güvənmə hisslərindən qaynaqlanan müstəqilliyə meylli həyat-tərzi üstünlük təşkil etmiş, əsas avtomobil və dəmiryol nəqliyyat xəttindən 3 km-lik məsafə boyunca sıralandığından qonşu kəndlərlə ünsiyyəti zəif olmuşdur. Axtamar adasından Dilican və İcevanı Toxlucadan ayıran Qanqallı dağ silsiləsi eləcə də üzü Murguza boylanan əzəmətli Kirkitli (Korkutlu-Qorqudlu- H.B.), Çal, Ocaq dağları, Dəlmə, Dərəyurd, Düzyurd, Taxca, Armudlu, Əyricə Qanqallı adlanan otlaq və əkin sahələrini yerləşmişdir. Toxluca ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yayda dağlar çən-çisəkli, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, Gölətrafı “Sovxoz” deyilən ərazilərdəki kolluqlardakı giləmeyvələr, təmiz dağ havası, yayla və yamacdan ibarət təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü ətrafında eninə 20 km-lik məsafədən dağların arasına 3 km-lik məsafəyədək uzanan kənd Qərbi Azərbaycanın ən iri yaşayış məskənlərindən olmuşdur. Bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida məhsulları insanı sağlam saxlayan, uzunömürlü olmasını təmin edən başlıca amillərdəndir.


Tarix: 06.02.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan
loading...