Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Coğrafiyası və iqlimi

Ardanış kəndinin ərazisinin çox hissəsini vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Ardanış kəndi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Göyçə silsiləsində, dəniz səviyyəsindən 1916 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır.

Ardanış ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yay axşamlarında çən-çisəkli dağlar, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, "Adatəpə"nin kolluqlarındakı giləmeyvələr, təmiz dağ havası, təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü və bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida insanı sağlam saxlayan, uzunömürlü edən başlıca amillərdəndir.


Tarix: 07.02.2015 / 13:14 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qərbi Azərbaycan
loading...