beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağakişi Kərimov

Həyatı
Ağakişi Kərbəlayı Əli oğlu Kərimov Göyçə mahalının Kəvər bölgəsində tanınmış şəxslərdən biri olub. O, 1878-ci ildə Kəvər rayonunun (1831-ci ildən Nor Bayazıt, 1959-cu ildən Kamo adlandırılmışdır) Əyrivəng kəndində anadan olub. Əvvəlcə molla yanında dini təhsil alır, sonra rus dilini öyrənmək üçün müəllim yanında olur.

1896-cı ildən 1899-cu ilə kimi Çənmərək nahiyəsində polis idarəsində uryadnik və digər vəzifələrdə işləmişdir. Açıqgöz, qoçaq və təsibkeş bir türk oğlu kimi tanınan Ağakişi Çənmərəkdə Aşıq Ələsgərin oğlu Bəşirlə tanış olur və bu tanışlıq sonra əsil dostluğa çevrilir.

Bu gün dünyanı "1915-ci il erməni soyqırımı" adlı saxta bir bəyanatla ağla-sızlarıdolaşan ermənilər 1915-ci ildə Göyçəni, Zəngəzuru, İrəvanı, Qarabağı alt-üst etmək üçün at oynadırdılar. Kəvərin Bığlı kəndində əsil soyqırımı törədən ermənilər, gecə ikən qapıları bayırdan bağlayıb evlərə od vermişdilər. Cəmi iki nəfər qaçıb canını qurtara bilmişdi. Onlardan biri Əjdər adlı adam Ağstafada, digər isə Qazaxda yaşayırdı.

Bığlı hadisəsindən bir neçə gün sonra Ağakişi qardaşları Bayram, Qurban, Nuru və adı-sanı ilə tanına Yekə İbrahim, Feyzullah, Seyid Mirməcid ağa, Bədəl və başqaları ilə birlikdə ümumiyyətlə 12 nəfər iki yerə bölünüb "Tor tökülən" yerdə yolun kənarında pusqu yüzəldirlər. Andranikin silah dolu at arabaları qoşunla birlikdə Kəvərə gedərkən arxadan və qabaqdan onları atəşə tuturlar. Axşamın qaranlığında çaşbaş qalmış ermənilər atəşə atəşlə cavab verirlər. Ağakişigil zərbə vurandan sonra aradan çıxırlar. Bölük-bölük erməni qoşunu bir-birini atəşə tutur, xeyli erməni qırılır.

Azərbaycanda Sovet Hakimiyyəti qurulan zaman Ağakişi Kərimov Mirələkbər Seyidovla Nəriman Nərimanovun yanında olur, erməni zülmündən xilas olmuş əhaliyə Şəmkir rayonundan torpaq sahələri verilməsi üçün söhbət aparır və buna nail olurlar. Lakin ürəyi vətən həsrətinə dözməyən əhali 1920-ci ildə yenidən Ağqalaya qayıdır . Bütün təzyiqlər, represiyalar davam edir, nəhayət 1950-ci ildə Ermənistan adlanan oğüz yurdunun digər aborigen əhalisi kimi Kəvər rayonunun azərbaycanlı əhalisi də köçürmə adı altında sürğün edilir. Ağakişinin ailəsi Ağdaş rayonuna düşür. Artıq bu dövrdə Ağakişi özü olmasa da, ağdaşlı Qara Cəbiyev gəlib onların ailəsini tapır və Ağakişi haqqında camaata ürəkdolusu söhbət açır. Q.Cəbiyev deyir: "Böyük Vətən müharibəsi dövründə Kəvər rayonunun "Azad xarabası" deyilən yerində bizim batalyonumuzu yerləşdirilmişdilər. Bizə yolun qarını təmizləmək tapşırmışdı. Batalyonumuzda 60 nəfərə qədər azərbaycanlı, 5-6 nəfər gürcü var idi. Gündüzlər yolun qarını təmizləyir, axşamlar kəndlərə gedirdik. Camaat özü pis vəziyyətdə olsa da bizə bacardıqları köməyi edirdilər. Uçuq-sökük fermada altımıza güləş töküb orada yatırdıq. İki nəfər əsgərimiz canavar sürüsünə rast gələrkən canavarlar onları parçalamışdı.

A. Kərimov bizim ağır vəziyyətimizi rayon partiya komitəsinə desə də xeyri olmadı. 20 nəfər ağır xəstəliyə tutulmuş adamı evinə gətirib, tövlədə, qoyun komünda iki cərgə taxt düzəldib iyirmi gün canbaşa qulluq etdi. Kənd camaatı özü yolların qarını təmizlədiki əsgərlərə söz gəlməsin. Lakin ermənilər dərhal Ağakişi haqda Moskvaya məlumat verdilər ki, qatı millətçi olan Ağakişi öz millətimizdən olan əsgələri müharibənin bu vaxtında evində gizlədir. Ağakişi Kərimovun vəziyyəti ağırlaşmışdı. Dərhal iki nəfər gürcü və biz M.C.Bağırova teleqramma vurub, məktub yazdıq, vəziyyətimiz haqda məlumat verdik. Hətta o insanın mərdliyini, bizi ölümdən xilas etdiyni təsdiq etdik. Mircəfər Bağırov dərhal komissiya göndərib yoxlatdı və ermənilərin böhtanı üzə çıxdı. Ağakişi bəraət aldı. Həmin ermənilər bu gün Ağakişiləri yurdundan yuvasından didərgin salıblar. Ay camaat, indi siz bu adamlar arxa durun!".

Ağdaş camaatı Ağqaladan gəlmiş sürgünlərə sözün əsil mənasında dayaq oldular.

A.Kərimov 1947-ci ildə vəfat etmişdir.


Tarix: 05.02.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 322 Bölmə: Qərbi Azərbaycan