beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraqoyunlu (Qəmərli)

Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir.

Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur.

Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi
Kənddə 1831-ci ildə 236 nəfər, 1873–cü ildə 355 nəfər, 1886-cı ildə 474 nəfər, 1897-ci ildə 456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914–cü ildə 475 nəfər, 1916-cı ildə 509 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Qaraqoyunlu-Türkmanlardan soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953–cü illərdə azərbaycanlılar Azərbaycana köçürülərək tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qərbi Azərbaycan