beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxtar

Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.

Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.
Tarixi
Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.

Etimologiyası
Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin toponimləri
Yel piri
Şərəfverdi
Yalzəmi
Midəm düzü
Tumuyeri
Sarıbayır
Çömçəbulaq
Zoğallar bulağı
Çanqıllı
Oğlannıca yaylağı və s.
Folkloru
Açması “dəyirman” olan tapmacanın Oxtar variantı:


Atdım atana,
Düzdə kotana,
Çayda balığa,
Çöldə ceyrana.


Tarix: 06.02.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Qərbi Azərbaycan