beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafa Əliyev

Mustafa Cahan oğlu Əliyev — Coğrafiya elmləri namizədi, dosent.

Həyatı
Mustafa Əliyev 1942-ci il mart ayının 7-də Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Atası Cahan Əliyev Qaraqoyunlu-Göyçe bölgəsinde tanınmış şəxsiyyetlerden biri olmuşdur. Anası ağbulaqlı Miryaqub ağanın qızı Mərzəbəyim əsil-nəcabətli, xanım-xatın bir qadın kimi tanınmışdır. Belə bir tanınmış ailədə böyüyən Mustafa Əliyev 1948-50-ci illərdə 1-ci və 2-ci sinifləri Gədəbəy rayonunun Arabaçı kəndində oxumuşdur. Bu dövrdə Mustafanın atası Cahan Əliyev Krasnoselo rayon Partiya Komitəsinin birinci katibini döydüyünə görə Gədəbəydə gizlənmişdir.

Cahan Əliyev bəraət alandan sonra doğma rayona qayıtmış və Çaykənd kolxozunun sədri işlemişdir. Mustafa həmin illərdə müxtəlif kəndlərdə oxumuş və nəhayət Daşkəsən şəhərinə gələrək 1958-ci ildə A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. Mustafa Əliyev həmin il ADU-nun Geoloji–coğrafiya fakültəsinə qəbul olmuş və 1963-cü ildə coğrafiya–biologiya ixtisası üzrə ali təhsil diplomu almışdır. 1963-1974-cü illərdə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda, 1974-cü ildən isə N.Tusi adına APU-da fəaliyyetini davam etdirir. Hazırda ümumi coğrafiya kafedrasının müdiridir. Elmlər namizədi, dosentdir.

Mustafa Əliyev ekoloji situasiyaya aid elmi əsərlərin və bir çox məqalələrin müəllifidir. Təbiətşünaslığın fəlsəfi məsələləri üzrə elmi tedqiqatlarını davam etdirir.

Mustafa Əliyev güclü nəzəri hazırlığa və dərin erudisiyaya malik alimlərimizdəndir.


Tarix: 06.02.2015 / 16:06 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Qərbi Azərbaycan