beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Budaq Budaqov - Elmi fəaliyyəti

Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir. Hazırda həmin institutun direktoru vəzifəsində çalışır (1988-ci ildən). Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunmuşdur. "Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülmüşdür. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilmişdir. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tutur. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz və bir sıra digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi olmuşdur. Ona görə də "Nizami əsərlərində təbiət", "Yer adları xalqın sərvətidir", "Toponimika: keçilən yol və gələcəyə baxış", "Bu qala bizim qala", "Görən kim yaratmış bu təbiəti", "Pirşağının ekolqji qayğıları" və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdır.


Tarix: 06.02.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qərbi Azərbaycan