beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Misir Mərdanov

Həyatı
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

M.Mərdanov 1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilini və elmi araşdırmalarını davam etdirib.

1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.

1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb.

1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb.

1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur.

1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olmuşdur.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.

2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir.

1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.

2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir.

2013-cü ilə qədər "Kurrikulum", "Ali təhsil və cəmiyyət" elmi-metodiki jurnallarının və "Elektron təhsil", "Təhsil", "Təhsil xəbərləri" jurnallarının baş redaktoru olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir.

"Azerbaijan journal of Mathematics" jurnalının redaksiya heyətinin üzvidir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktorudur.

Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür.

Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir.

Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlamışdır.

Ailəlidir, 3 övladı var.

Mükafatları
2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına,

2001-cı ildə "Qızıl qələm" media mükafatına,

2006-cı ildə isə "Şöhrət" ordeninə,

2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.


Tarix: 06.02.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Qərbi Azərbaycan