beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Orucov (siyasətçi)

Əli Məhəmməd oğlu Orucov — siyasətçi

Həyatı
1 sentyabr 1969-cu ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qara Kilsə (indiki Vanadzor) bölgəsinin Arçut kəndində anadan olub. 1987-1989-cu illərdə Moskva Hərbi Qarnizonunda hərbi xidmət keçib.

1997-ci ildə Bakı Dövlət Universitetinin filalogiya fakültəsini bitirib. Xalq Hərəkatının fəal iştirakçılarından biridir. 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının sıralarındadır. 1996-cı ildən 1999-cu ilin dekabrınadək AMİP Mərkəzi Aparatında təlimatçı və koordinator vəzifələrində çalışıb. AMİP Gənclər Təşkilatının qurucularındandır və bu təşkilatın Binəqədi rayon şöbəsinin ilk sədri olub. AMİP-in əksər Qurultaylarına nümayəndə, Mərkəzi Şurasına üzv seçilib.

Siyasi fəaliyyətlə yanaşı jurnalistika sahəsində də çalışıb. “Aydınlıq” qəzetinin redaktoru, “İrəvan” qəzetinin baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən AMİP Mətbuat və Təbliğat Katibi, “Millət” qəzetinin baş redaktorudur.

Subaydır.


Tarix: 06.02.2015 / 15:43 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qərbi Azərbaycan