beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəcəf Nəcəfov (alim)

Həyatı
16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır.

1971-2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir.

Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur.

Qala qoyununun bərpası və çoxaldılması (1971-1975-ci illər)
Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976-1980-ci illər);
Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında)
Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir.
1985-1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı. Həmin təlimat təkmilləşdirib, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1994-cü ildə nəşr edildi.
1990-2000-ci illər üçün "Güzdək" və "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarının perspektiv seleksiya damazlıq planı hazırlanıb təsdiq edildi və kütləvi olaraq cinsin çoxaldılması, təkmilləşdirilməsi və istehsalata geniş tətbiqi aparıldı.
Seleksiya nailiyyətinin ekspert təsviri kim tərəfindən aparılmış, yenilik olduğunun təsdiq edilmə tarixi: 22 aprel 2002-ci il tarixdə AzETHİ-nin elmi əməkdaşları, ekspert komissiyasının üzvləri – qoyunçuluq laboratioriyasının müdiri, k.t.e.n. B.M.Ocaqquliyev, maldarlıq laboratoriyasının müdiri, k.t.e.n. A.A.Möhsümov tərəfindən ilkin sənədlər yerində yoxlanılmış, Abşeron rayonunun "Güzdək" və "Qobu" damazlıq təsərrüfatlarında, eləcə də Abşeron bölgəsində Abşeron cinsinin böyük massivinə yerindəcə baxmışlar. Cinsin tam formalaşdığını və miqdarının tələbatı tam ödəməsi haqqında arayış tərtib edildi. Həmin arayış və sənədlər AzETHİ-nin 9 iyul 2002-ci il tarixli elmi şurasında müzakirə edildi və cins kimi təsdiq olunmasını tövsiyə etdilər (5 №-li protokol). Aprobasiya sənədləri Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına rəy üçün göndərilərək müsbət rəy alınmış, həmçinin təqdim edilən materialların cinsin tələblərinə cavab verdiyini nəzərə alaraq qeydiyyatdan keçməsini məsləhət bilmişlər (elmi şuranın 10 iyun 2002-ci il tarixli iclası, 9 №-li protokol).
Damazlıq kimi çoxaldılmış bu cins heyvanlar respublikamızın Abşeron, Quba-Xaçmaz, Şir­van, Muğan-Salyan və Lənkəran bölgələrinin kol­xoz, sovxoz, yardımçı tə­sər­rü­fat­ları və fərdi fer­mer təsərrüfatlarına satılmışdır. Bu iş indi də davam etdirilir.


Tarix: 05.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qərbi Azərbaycan