beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Əhmədov (alim)

Həyatı
Elçin Yusif oğlu Əhmədov 1961-ci il aprel ayının 15-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub.

1978-ci ildə orta məktəbi bitirmiş və 1979-cu ildə Basarkeçər rayon Dərə kənd kitabxanasında müdir işləmişdir.

1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

1983-1988-ci illərdə ADU (indiki BDU) Kitabxanaçılıq fakultəsində ali təhsil alıb.

1989-cu ildə Moskva şəhərində Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda təhsil alıb.

1994-98-ci illərdə Kitabxanaçılıq fakultəsində aspirantura təhsili alıb.

2000-ci ildə “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və pedaqoji elmlər namizədi adı alıb.

1988-1993-cü illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist, metod şöbənin müdiri 1994-cü ildən isə BDU-nun Kitabxanaşünaslıq kafedrasında çalışmışdır.

Pedaqoji fəaliyyətində əsasən “Kitabxanaşünaslığa giriş”, “Kitabxana informasiya fəaliyyətinin texniki vasitələri”, “Dünya milli kitabxanaları”, "Azərbaycanda kitabxana işinin hüquqi təminatı" kimi mövzular aiddir.

Elçin Əhmədov 35 məqalə və 5 kitabın müəllifidir. Hazırda “Müstəqillik illərində Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidməti” adlı doktorluq dissertasiyası üzərində işləyir.

BDU-nun 90 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

Evlidir. İki övladı var.


Tarix: 05.02.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan