Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QORXU NAMAZI

Uca Allah buyurur: «(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. Səcdə edən zaman digər dəstə arxanızda olsun. Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın!...»[1].

Qorxu namazını qılmaq qaydası:
Xəttabi deyir: Qorxu namazı bir neçə növdür. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları müxtəlif vaxtlarda və namaz üçün daha əlverişli və düşməndən daha yaxşı qorunmaqdan ötrü başqa-başqa qaydada qılmışdır. Bu namazın müxtəlif cür qılınmasına baxmayaraq, mənası birdir.[2]
1. İbn Ömər deyir ki, «bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qorxu namazı qıldırırdı. O ilk olaraq bir dəstəylə bir rükət qıldı, digər dəstə isə düşmənin qarşısında dayanmışdı. Sonra namaz qılan dəstə gedib digər dəstənin yerində düşmənlə üz-üzə dayandılar. Döyüşdə olan dəstə gəldi və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlarla da bir rükət qıldı. Beləliklə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verib namazı bitirdi. Sonra hər iki dəstə namazın qalan bir rükətini qəza etdilər»[3].
2. Səhl ibn Əbu Xeysəmə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinə qorxu namazı qıldırırdı. O səhabələri arxasında iki səfə düzmüşdü. Arxasında olan birinci səfə bir rükət qıldırdı. Sonra ayağa qalxıb lap arxada olanların bir rükət qılmalarını gözlədi. Sonra lap arxada olanlar irəli, irəlidə olanlar isə arxaya keçdilər. Sonra irəliyə keçən dəstəyə də bir rükət qıldırdı və arxaya keçən dəstə bir rükət də qılana qədər oturdu, sonra salam verib namazı bitirdi»[4].
Cabir ibn Abdullah deyir ki, mən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qorxu namazı qılmışam. «O bizi iki səfə düzdü. Səf Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxasında dayanmışdı. Düşmən isə bizimlə qiblə arasında idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təkbir etdi və hamımız onunla birlikdə təkbir etdik. Sonra rüku etdi və hamımız onunla rüku etdik. Sonra rükudan qalxdı və hamımız rükudan qalxdıq. Sonra o və arxasında olan ilk səf səcdəyə getdi, axırıncı səf isə düşmənin qarşısında dayanırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdəni bitirdikdən sonra arxasındakı birinci səf də səcdədən qalxdı. Sonra dərhal ikinci səf səcdə etdi və qalxdı. Sonra arxadakı səf önə, öndəki səf isə arxaya keçdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüku etdi və hamımız da onunla rüku etdik. Sonra rükudan qalxdı və hamımız onunla bərabər rükudan qalxdıq. Sonra o və birinci rükətdə arxada, hazırda isə öndə dayanan səf səcdəyə getdilər. Bu zaman axırıncı səf düşmənin qarşısında dayanırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və arxasındakı səf səcdəni bitirdikdən sonra, lap arxada dayanan səf səcdə etdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verdi və biz də salam verdik[5].


[1] ən-Nisa: 102.
[2] Nəvəvi, Müslimin şərhi: 6/ 126.
[3] Buxari: 2/ 429/ ? 942. Müslim: 1/ 573/ ? 839. Rəvayətin bu mətni onundur. Əbu Davud: 4/ 118/ ? 1230. Tirmizi: 2/ 39/ ? 561. Nəsai: 3/ 171.
[4] Müslim: 1/ 575/ ? 841. Buxari: 7/ 422/ ? 4131. Onun rəvayətinə oxşar. Nəsai: 3/ 170. Tirmizi: 2/ 40/ ? 562.
[5] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1456. Müslim: 1/ 574/ ? 840. Rəvayətin bu mətni onundur. Nəsai: 3/ 175.


Tarix: 01.05.2013 / 18:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar
loading...