beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilə qalmamaq üçün uşaqlığı çıxarmağın hökmü

sual:
Hal-hazırda mövcud olan və yaxud gələcəkdə meydana çıxması güman edilən tibbi səbəblərdən, üzrlərdən dolayı hamiləliyin qarşısını almaq üçün uşaqlığı çıxarmağın hökmü nədir? Belə ki, tibbi və elmi metodlarla xəstəliyin olacağı proqnozlaşdırılmışdır.

O cavab vermişdir: əgər bu zəruridirsə, o zaman olar. Əks halda bu cür etmək olmaz. Çünki Qanunqoyucu bizlərə uşaqlara sahib olmağımızı istəyir və ümmətin sayının artırılmasını təşviq edir. Lakin bunu etmək üçün zəruri bir səbəb varsa, o zaman olar. Necə ki, üzrlü şəri bir səbəbdə dolayı məhdud bir vaxt üçün mayalanmanın qarşısını almaq üçün səbəblərdən istifadə etmək olar. (9/434)

Doğuşun qarşısını almaq üçün istifadə olunan dərmanlar ilə əlaqədar söylənilənlər spirala da aiddir. Həkimlər tərəfindən qəti şəkildə sübut edilmişdir ki, mayalanmanın qarşısını almaq üçün istifadə olunan üsul zərərə səbəb olur, xüsusilə də bunlar davamlı şəkildə istifadə olunduqda. Məlumdur ki, spiral yerləşdirən qadında aybaşı qanı sürətlə dövr edir və onun aybaşı dövrü ayda iki dəfə ola bilər ki, bu da qadının bədənində dəmir çatışmamazlığına səbəb ola bilər. Dəmir bədənin ehtiyac duyduğu ən mühüm minerallardan biridir. Bəzi qadınlar spiraldan istifadə edərkən “qan azlığı” ilə rastlaşa bilərlər və bu da onların “aybaşı dövrünü” uzada bilər, qadında yüksək həcmdə qan və bədəndə yığılan yüksək miqdarda dəmirin itkisinə səbəb ola bilər. Həmçinin sübut olunub ki,cox qadınlar spiral işlətməyin nəticəsində müxtəlif uşaqlıq xəstəliklərindən əziyyət çəkirlər. Bütün bunlara baxmayaraq, bir çox qadınların başına gəldiyi kimi, qadın spiralla da hamilə qala bilər. Allahdan diləyirik ki, bizi əmin-aman etsin! Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar