beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖZƏL ƏXLAQ

Ey müsəlmanlar, bilin ki, İslam şəriəti böyük bir məqsədi həyata keçirmək, dəyərli işi icra etmək üçün gəlmişdir. Bu, Allahın və məxluqatın hüquqlarını qorumaqdır.
قال الله تعالى: وَٱعْبُدُواْ ٱللَّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئاً وَبِٱلْوٰلِدَيْنِ إِحْسَـٰناً وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّـٰحِبِ بِٱلجَنْبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ إِنَّ ٱللَّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُوراً [النساء: 36]
Uca Allah buyurur: «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!» Nisə: 36.
Hüquqların icrası, zülmün yox edilməsi və s. bu kimi digər qayələr, böyük qayədən yəni, Allahın və məxluqatın haqqına vəfalı olduqdan sonra gəlməlidir. Çünki bu böyük qayə digərləri üçün bir yoldur.

Gözəl əxlaq, Allahın və məxluqatın haqqını ödəməyin əsasını təşkil edir. İman ilə gözəl əxlaq birlikdə Allahın və məxluqatın haqqını ödəməyin əsasıdır. Bununla insanın Allah yanında dərəcəsi artır, günahları bağışlanır. Aişə (A.r.o.) deyir ki, mən Peyğəmbərin s.a.v. belə dediyini eşitmişəm:
" إن المؤمن ليدرك بحسن خلقه درجة الصائم القائم "
«Həqiqətən də müsəlman gözəl əxlaqı ilə, daim namaz qılıb oruc tutanın dərəcəsinə yetişər». (Əbu Davud).

Əbu Dərda (A.r.o.) Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"ما من شيء أثقل في ميزان العبد المؤمن يوم القيامة من حسن الخلق، وإن الله يبغض الفاحش البذيء"
«Qiyamət günü mömin bəndənin tərəzisində, gözəl əxlaqdan başqa daha ağır gələcək ikinci bir əməl yoxdur. Həqiqətən də Allah ədəbsiz və əxlaqsız kimsəyə nifrət edir». (Tirmizi).
Gözəl əxlaq bütün xeyirlərin tacıdır.
Gözəl əxlaq dedikdə, şəriət və sağlam düşüncəyə görə bəyənilən hər bir iş nəzərdə tutulur.
Bəzi elm adamlarına görə gözəl əxlaq, xeyirli iş görmək və şərdən əl çəkməkdir.
Gözəl əxlaqa belə tərif də vermək olar: Allahın əmr etdiklərinə əməl etmək, qadağalarından çəkinmək gözəl əxlaq deməkdir.
Əmr olunan gözəl əxlaq nümunələrindən bunları misal çəkmək olar: Təqva, ixlas, səbr, mülayimlik, təmkinlik, həya, iffət, qeyrət, valideynlərə yaxşılıq, qohumluq əlaqələrinin qorunması, mərhəmət, möhtaca kömək etmək, şücaətlilik, səxavətlilik, sadiqlik, doğruluq, sağlam və geniş qəlblilik, xoş rəftar, vəfalılıq, yaxşı işlərin əmri, pis işlərin qadağan edilməsi, gözəl qonşuluq, təvazökarlıq, mərdanəlik, bağışlamaq və əmanəti qorumaq.
Qadağan olunanlar isə bunlardır: hiyləgərlik, xəyanət, satqınlıq, yalançılıq, pis və xoşagəlməz işlər, murdar içkilər və qidalar, yalan, böhtan, cimrilik, paxıllıq, xəsislik, riyakarlıq, təkəbbürlülük, lovğalıq, zülm, düşmənçilik, nifrət, aldatmaq, həsəd və s.
Gözəl əxlaq möminə həm bu dünyada həm də axirətdə fayda verəcək, Rəbbi yanında onun dərəcəsini qaldıracaqdır. Möminin əxlaqından yaxşı və pis insanlar faydalanır.
Kafirin əxlaqı isə ona yalnız bu dünyada fayda verər, Allah onun gözəl əxlaqına görə mükafatını bu dünyada verər. Axirətdə isə onun heç bir payı yoxdur.
Bir gün Aişə a.r.o. Peyğəmbərə s.a.v. dedi: Ey Allahın elçisi, Abdulla ibn Cidan gələn qonaqlara xoş baxar, kasıblara əl tutar, dünya işlərində ona-buna kömək edərdi. Bunlar ona fayda verəcəkmi?
Peyğəmbər s.a.v. dedi: «O bir gün də olsun: Ey Rəbbim qiyamət günü mənim günahlarımı bağışla – deməmişdir». (Müslim).
Uca Allah əzəmətli kitabında hər bir gözəl əxlaqı əmr etmiş, hər bir pis əxlaqı qadağan etmişdir. Peyğəmbərin s.a.v. sünnəti də hər bir gözəl xüsusiyyəti əmr etmiş, pis xisləti qadağan etmişdir. Bu mənada olan ayələr həddindən çoxdur. Deyəcəyimiz ayələr bizə kifayət edər:
وَلاَ تَقْرَبُواْ ٱلْفَوٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ [الأنعام: 151]
«...Açıq və gizlin pis işlərə yaxın düşməyin...» Ənam: 151.
ٱلَّذِينَ يُنفِقُونَ فِى السَّرَّاء وَٱلضَّرَّاء وَٱلْكَـٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَـٰفِينَ عَنِ ٱلنَّاسِ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ [آل عمران: 134]،
«O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər». Ali İmran: 134.
خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِض عَنِ ٱلْجَـٰهِلِينَ[الأعراف: 199]،
«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!» (Əraf: 199).
وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلاَّ بِٱللَّهِ [النحل: 127]،
«Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir...» Nəhl: 127.
وَلاَ تَسْتَوِى ٱلْحَسَنَةُ وَلاَ ٱلسَّيّئَةُ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِىٌّ حَمِيمٌ [فصلت:34]،
«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!» Fussilət: 34.
Pisliyin yaxşılıqla dəf edilməsi, qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab verməkdir!
وَاخفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ [الشعراء: 215]،
«Sənə tabe olan möminləri qanadın altına al! (yəni, onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)». Şüəra: 215.
تِلْكَ ٱلدَّارُ ٱلآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لاَ يُرِيدُونَ عُلُوّاً فِى ٱلأرْضِ وَلاَ فَسَاداً وَٱلْعَـٰقِبَةُ لِلْمُتَّقِينَ [القصص: 83]،
«Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!» Qəsəs: 83.
وَعِبَادُ ٱلرَّحْمَـٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَىٰ ٱلأرْضِ هَوْناً وَإِذَا خَاطَبَهُمُ الجَـٰهِلُونَ قَالُواْ سَلاَماً وَالَّذِينَ يِبِيتُونَ لِرَبّهِمْ سُجَّداً وَقِيَـٰماً وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَاماً إِنَّهَا سَاءتْ مُسْتَقَرّاً وَمُقَاماً وَٱلَّذِينَ إِذَا أَنفَقُواْ لَمْ يُسْرِفُواْ وَلَمْ يَقْتُرُواْ وَكَانَ بَيْنَ ذَلِكَ قَوَاماً وَٱلَّذِينَ لاَ يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَـٰهَا ءاخَرَ وَلاَ يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلاَّ بِٱلْحَقّ وَلاَ يَزْنُونَ [الفرقان: 63ـ 68]،
«Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!” Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.» Furqan: 63-68.
يَـأَيُّهَا ٱلَّذِينَ ءامَنُواْ أَوْفُواْ بِٱلْعُقُودِ [المائدة: 1]،
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun...» Maidə: 1.
وَمَا ءاتَـٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَـٰكُمْ عَنْهُ فَٱنتَهُواْ [الحشر: 7].
«Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...» Həşr: 7.
Əbu Umamə A.r.o. Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"أنا زعيم ببيت في أعلى الجنة لمن حسَّن خلقه" رواه أبو داود بإسناد صحيح
«mən, əxlaqını gözəlləşdirən kimsəyə cənnətin ən yüksək mərtəbəsində ev vəd edirəm» Əbu Davud.
İbn Məsud A.r.o. Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"ألا أخبركم بمن يحرم على النار، أو بمن تحرم عليه النار؟ تحرم على كل قريب هيِّن ليِّن سهل" رواه الترمذي وقال: حديث حسن
«Sizə cəhənnəm atəşinə düşməsi, yaxud cəhənnəm ona haram olacaq kimsələr barəsində xəbər verimmi? Cəhənnəm atəşi insanlara yaxın, mülayim, xoş və gözəl əxlaqlı kimsələrə haramdır.» Tirmizi.
Aişə A.r.o. Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"إن الرفق لا يكون في شيء إلا زانه، ولا ينزع من شيء إلا شانه" رواه مسلم
«Hansı işdə mülayimlik olarsa o iş gözəl olar, hansı işdə olmazsa o iş pis olar» Müslim.
Nəvvas ibn Səman A.r.o. deyir ki, mən Peyğəmbərdən s.a.v. yaxşı və günah iş haqqında soruşdum və o dedi:
"البر حسن الخلق، والإثم ما حاك في صدرك وكرهت أن يطلع عليه الناس)) رواه مسلم"
«Yaxşı iş, gözəl əxlaqdır. Günah isə ağlına gəlib digər insanların onu bilməməyini istədiyin işdir». Müslim.
Gözəl əxlaq öz sahibi və cəmiyyət üçün bərəkətdir, xeyir və ruzidir. Allah yanında alilikdir. Məxluqatın qəlbində sevgidir, insan üçün rahatlıq və köksün genişliyidir. İşlərin asanlığı, dünyada xoş xatirə, axirətdə isə gözəl aqibətdir.
Pis əxlaq isə bədbəxtlik və ömür bərəkətinin azalmasıdır. Pis əxlaq insanlarda nifrət, qəlblərdə zülmət yaradır. Pis əxlaq təcili bədbəxtçilik, sonra isə şərrdir.
Ey müsəlmanlar, sələfi salehi özünüzə örnək tutun. O kimsələr ki, ən gözəl əxlaqa sahib olmuşlar, bilən və yaradan Allah da buna şahidlik etmişdir. Uca Allah buyurur:
" مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ وَٱلَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى ٱلْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعاً سُجَّداً يَبْتَغُونَ فَضْلاً مّنَ ٱللَّهِ وَرِضْوَاناً سِيمَـٰهُمْ فِى وُجُوهِهِمْ مّنْ أَثَرِ ٱلسُّجُودِ" [الفتح: 29]
«Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir...» Fəth: 29.
Digər ayədə buyurulur:
"كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنْكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ" [آل عمران: 110]
«(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz...» Ali İmran: 110.
Sələfi Saleh, insanlar üçün ən xeyirli insanlardılar. Digər ayədə deyilir:
" مّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُواْ مَا عَـٰهَدُواْ ٱللَّهَ عَلَيْهِ فَمِنْهُمْ مَّن قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَّن يَنتَظِرُ وَمَا بَدَّلُواْ تَبْدِيلاً" [الأحزاب: 23]
«Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». Əhzab: 23.
Səhabələrin hər biri gözəl əxlaqda və səfeh işlərdən uzaq olmaqda bir ümmətdir. Bu, onların həyatlarından və tarixçələrindən görünür.
Hər bir gözəl əxlaqda, bəyənilən vəsflərdə öncül örnək bəşəriyyətin ağası olan Muhamməddir. O hər bir iş üçün tam mənalı örnəkdir. Uca Allah buyurur:
" لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لّمَن كَانَ يَرْجُو ٱللَّهَ وَٱلْيَوْمَ ٱلآَخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيراً" [الأحزاب: 21]
«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!» Əhzab: 21.
Rəbbi onu qorumuş və onu gözəl tərbiyələndirmişdir.
O da ümmətini hər bir gözəl əxlaqa, düzgün əmələ tərbiyə etmək üçün çox böyük səy göstərmişdir. Əbu Hureyrə A.r.o. Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"إنما بعثت لأتمم صالح الأخلاق" رواه أحمد
«Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm» Əhməd.
Uca Allah öz Peyğəmbərini ən gözəl şəkildə tərifləmişdir. Elə bir tərif ilə tərifləmişdir ki, bütün mələklər, mömin cinlər və insanlar həmin tərifi oxuyurlar. Bu tərif, zaman keçməklə unudulan deyildir. Uca Allah buyurur:
"وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ" [القلم: 4]
«Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!» Nun: 4.
Doğrudan da Peyğəmbərin s.a.v. bu əxlaqına Allahın şahid olması kifayət edər!
Bir dəfə Aişədən a.r.o. Peyğəmbərin s.a.v. əxlaqı barədə soruşurlar. O deyir: «Onun əxlaqı Quran idi» Müslim.
İbn kəsir a.r.e. Peyğəmbərin s.a.v. əxlaqı barədə deyir: "Quranın qadağa və əmrlərinə tabe olmaq onun üçün xasiyyətə, təbii xarakterə çevrilmişdi. O vərdiş etdiyini tərk edib Quranın əmrinə tabe olur, qadağalarından çəkinirdi. Bununla bərabər Allah ona, həya, səxavətlilik, şücaətlilik, bağışlama, mərhəmət və digər gözəl əxlaqlar bəxş etmişdi." s.s.
Hətta peyğəmbərlikdən öncə onda məzəmmət olunacaq bir eyib görülməmişdi. Çünki onun düşmənləri çoxaldıqda onlar çalışsalar da onda belə bir mənfi xüsusiyyət tapa bilmədilər. Aişə deyir ki, qəfildən vəhy gələndə o Xədicəyə a.r.o. dedi: «Mən, başıma bir iş gələcəyindən qorxdum». Xədicə dedi: «Xeyr, bu əsla ola bilməz. Allah səni heç vaxt alçaltmaz. Sən qohumluq əlaqələrini saxlayır, düz danışır, kasıblara əl tutur, qonaqpərvərlik göstərir, haqqın tərəfin tutursan». Buxari və Müslim.
Bu onun peyğəmbərlikdən öncəki bəzi əxlaqi nümunələri idi. Peyğəmbərlikdən sonra Allah ona olan nemətini tamamladı və ona böyük əxlaq bəxş etdi.
Siz də öz dininizə bağlanmaqla, şəriətə əməl etməklə Peyğəmbərinizi örnək tutun, nə qədər ki, Allah sizə ömür verib onun gözəl əxlaqı ilə əxlaqlanın. Xalis niyyət ilə Allah üçün, sünnəyə əməl edərək, bidətdən uzaq olaraq özünüzü onun yoluna öyrəşdirin. Uca Allah buyurur:
" قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ" [آل عمران: 31]
«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!» Ali İmran: 31.
Bir şeyi də bilməz lazımdır ki, şəri gözəl söz və ya hərəkətlə özündən uzaqlaşdırmaq, haqqı ən salamat üsulla təbliğ etmək yaxşı xüsusiyyətdir. Amma haqq qarşısında susmaq, yaxud günahlara razılıq bildirmək pis əxlaqdır. Uca Allah buyurur:
قال الله تعالى: يأَيُّهَا ٱلَّذِينَ ءامَنُواْ ٱرْكَعُواْ وَٱسْجُدُواْ وَاعْبُدُواْ رَبَّكُمْ وَٱفْعَلُواْ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ [الحج: 77].
«Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)».
بارك الله لي ولكم في القرآن العظيم، ونفعني وإياكم بما فيه الآيات والذكر الحكيم، ونفعنا بهدي سيد المرسلين، وبقوله القويم، أقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه، إنه هو الغفور الرحيم.

الخطبة الثانية:
أما بعد:
Allahdan əmr olunan qaydada qorxun, onun qadağan etdiyindən çəkinin. O sizə belə əmr etmişdir:
"إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلإْحْسَانِ وَإِيتَآء ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَاء وَٱلْمُنْكَرِ وَٱلْبَغْى يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ" [النحل: 90]،
«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» Nəhl: 90.
Bu ayə bütün gözəl əxlaqları özündə əks etdirən, və hər bir pis əxlaqı qadağan edən bir ayədir.
Muaz ibn Cəbəl a.r.o. Peyğəmbərin s.a.v. belə dediyini rəvayət edir:
"اتق الله حيثما كنت، وأتبع السيئة الحسنة تمحها، وخالق الناس بخلق حسن" رواه الترمذي[1]
«Harada olursan ol, Allahdan qorx. Pis iş gördükdə ardınca yaxşı iş gör ki, pis iş silinsin. İnsanlarla gözəl əxlaqlı ol» Tirmizi.
Əbu Hureyrə a.r.o. deyir ki, insanları daha çox cənnətə salan əməl haqqında Peyğəmbərdən s.a.v. soruşdular və o dedi:
«Allah qorxusu və gözəl əxlaq». Sonra daha çox cəhənnəmə salan əməl haqqında soruşdular və o dedi: «Dil və övrət yeri» Tirmizi.
Ey müsəlmanlar, siz də dininizin sizə buyurduğu əxlaqa sahib olun, Peyğəmbərinizin s.a.v. yolundan tutunun. Belə olan halda dünya və axirət xeyirinə sahib ola bilərsiniz.


Tarix: 13.04.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 913 Bölmə: Maraqlı melumatlar