beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatimə

Fatimə (ərəb. فاطمة الزهراء‎‎) — Məhəmməd Peyğəmbərin ilk xanımı Xədicədən olan qızı, onun əmisi oğlu və ən yaxın köməkçisi İmam Əlinin arvadı, onun oğlan nəvələri olan İmam Həsənin və İmam Hüseynin anası. Müsəlmanlar Fatimənin xatirəsini əziz tuturlar. İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən fatimilər sülaləsinin adı onların Fatimədən törədiyini göstərir.Mündəricat
1 Həyatı
1.1 Şəhadəti
1.2 Dəfn olunması
2 Haqqında nəql olunan kəlamlar
3 İstinadlar
4 Həmçinin bax
5 Ədəbiyyat
6 Xarici keçidlər


Həyatı

Fatimənin anadan olma tarixi ilə bağlı sünni və şiə mənbələrində müxtəlif məlumat vardır. Bunlardan ən etibarlılarından sünni mənbələrinə görə 606-cı ildə, şiə mənbələrinə görə isə 614-cü ildə cəmadiyəlaxırin 20-sində Məkkədə anadan olduğu qeyd olunur. Fatimə Məhəmmədin 18 yaşına qədər yaşaya bilən yeganə övladıdır. Digər övladları isə hələ uşaq ikən vəfat etmişdir. Fatimənin uşaqlıq illəri Məkkədə keçmişdir. 622-ci ildə atası ilə birlikdə Mədinəyə köçmüşdür. 623-cü ildə əmisi oğlu Əli ibn Əbu Taliblə ailə həyatı qurmuş və ondan Həsən (624), Hüseyn (626) adında 2 oğlu, Zeynəb (626) adında da 1 qızı olmuşdur. 8 iyun 632-ci ildə Fatimənin atası Məhəmməd vəfat edir. Bəzi rəvayətlərə görə hələ atası Məhəmməd hələ xəstəliyi zamanı Fatimənin ondan sonra ona qovuşacaq ilk şəxs olacağını ona vədə veribmiş. Məhəmmədin vəfatından sonra 632-ci ilin iyun ayında Əbu Bəkir Səqifə məclsində xəlifə seçildi. Lakin bəzi səhabələr o cümlədən Fatimə və onun həyat yoldaşı Əli ibn Əbu Talib ona beyət etmədilər. Məhəmmədin vəfatından sonra Fatimənin xəlifə Əbu Bəkirdən ona atasından miras qaldığını iddia etdiyi Fədək bağnı istəməsi və Əbu Bəkirin də "peyğəmbərlər miras qoymur, onların qoyduğu sədəqədir" deyərək bu iddianı geri çevirdiyi və nəticədə gərginliyin daha artdığı rəvayət edilir.

Şəhadəti

Fatimə Cəmadiyəl Axır ayının 3-də Mədinədə vəfat etmişdir. Onun vəfatına səbəb evinə hücum olunması nəticəsində qapının qarın nahiyəsinə yetirdiyi ağır zədə nəticəsində iç qanama keçirməsi olmuşdur. Bu haqda HQ 235-ci ildə vəfat etmiş İbn Əbu Şeybə belə yazır:

“...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi: - Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”[1]

Daha sonra olan hadisələr haqqında isə HQ 276-cı ildə vəfat etmiş İbni Quteybə yazır:

«....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam. Orada olanlardan biri Ömərə dedi: - Bilirsən ki, Fatimə də evdədir? Ömər dedi: - Hətta Fatimə də evdə olsa belə yandıracağam....»[2]

“Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm? Ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır”[3]

«Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» ([4]

Sonradan I Ərəb İslam xəlifəsi Əbu Bəkir bu hadisə haqqında belə demişdir :

Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Əbdurrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki etmeyeydim dediyim üç şey: 1) Kaş ki Fatimənin evinə hücum etməsəydim !...[5][6][7][8][9][10][11]

Dəfn olunması

Xanım Zəhranın öz vəsiyyətinə əsasən öz yaxınları tərəfindən gecə ikən dəfn olunmuşdur. Bu haqda bəzi hədislərdə belə buyurulur :

“Fatimeyi-Zəhra Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi”.[12][13][14]

Bəzi rəvayətlərə görə onun qəbri Peyğəmbərin qəbri ilə minbəri arasındadır[15][16][17].

Haqqında nəql olunan kəlamlar

"Xanım Fatimeyi Zəhranın (ə) namazda Allah–taalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi."[18]

Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»[19]

İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»[20]

Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»[21]

Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»[22]

Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»[23]

Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.»[24]

Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır[25]

Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.»[26]

Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»[27]

İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil.»[28]

İstinadlar
↑ İbn Əbu Şeybə, “əl Musənnəf”, c. 7, Kitabu Məğazi – ma caə fi xilafət Əbi Bəkr, səh. 432, hədis 37045, Beyrut,
↑ İbn Quteybə, “əl İmamətu vəs Siyasət”, c.1, səh. 12, Misir
↑ Bəlazuri, “Ənsabul-əşraf” c. 1, səh. 576, Səqifə əhvalatı, hədis 1184, Misir
↑ Təbəri, “Tarixi Təbəri”, c. 2, səh. 443, Beyrut
↑ Təbərani, "Mucəm əl-Kəbir", c. 1, s. 62
↑ Təbəri, "Tarixi Təbəri", c. 3, s. 429-430
↑ ibni Əsakir, "Tarix", c. 30, s. 417-418
↑ əz-Zəhəbi, "Tarix əl-İslam", c. 3, s. 118
↑ Muttəqi Hindi, "Kənzul Ummal", c. 5, s. 252, Hədis : 14113
↑ ibn Əbil Hədid "Şərhi Nəhcül Bəlağə" c. 2, s. 47
↑ Məsudi, "Murucuz Zəhəb", c. 2, s. 194
↑ "Səhihi Buxari". "Dar İbn Kəsir", Beyrut, c. 4, səh. 1549, hədis: 3998
↑ "əl-Məğazi" kitabı, "qəzvə əl-Xeybər" babı
↑ "Səhihi Müslim", tərcümə : Əhməd Davudoğlu, (32. Kitab) Cihad kitabı, (15. Bab) Qənimətin hökmü babı, Hədis : 52 (1759)
↑ Himyeri, “Qurbul İsnad”, səh. 367, hədis 1314
↑ Əllamə Kuleyni, “əl-Kafi”, c. 1, səh. 293, hədis 9
↑ İbni Şübbə ən-Numəyri, “Tarixi Mədinə”, c. 1, səh. 106-107
↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 70, səh. 400, hədis 72
↑ Şeyx Tusi, "Əmali", səh. 300
↑ Şeyx Səduq, "Əmali", səh. 474, hədis 18
↑ Məani əl-Əxbar, səh. 64, hədis 15
↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 23, hədis 17
↑ Şeyx Səduq, "Əmali", səh. 394, hədis 18
↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 22, hədis 13
↑ Əhməd ibn Hənbəl, "Müsnəd", c. 3, səh. 80
↑ "Nurus Səqəleyn", c. 1, səh. 338, hədis 135
↑ "Kənzul Ummal", hədis 37725
↑ Nəhcül Bəlağə, xütbə 202

Həmçinin bax
Fədək
Əhli beyt
Səqəleyn hədisi
Fədəkiyyə xütbəsi
Xədicə
Fizzə
Fatimiyə günləri

Ədəbiyyat
Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri, "Mizanul Hikmət", 1-ci cild, Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev, Şəhriyar, 2008, səh. 65-67
İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.110-111.


Tarix: 26.02.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 785 Bölmə: Maraqlı melumatlar