beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların nəticəsi günahın özündən qorxulu ola bilər

Əbu Nueymanın “Hilyasında” rəvayət edilir ki, Hüzeyfədən soruşdular: “İsrail oğulları dinindən bir gün içində imtina etdilər?”. O cavab verdi; “Xeyr. Onlara nəsə əmr edildikdə bunu etmirdilər, nəsə qadağan edildikdə isə onu edirdilər (bu da beləliklə davam edirdi) və bu kişi köynəyini çıxartdığı kimi onların dinlərindən imtina etməsinə qədər davam etdi.

Ona görə sələflərdən biri deyib: “Öpüş yaxınlıq etmənin elçisi olduğu kimi, mahnı oxumaq – zinanın elçisi olduğu kimi, baxış – vurulmağın elçisi olduğu kimi və xəstəlik – ölümün elçisi olduğu kimi günahlar da küfrün elçisidir”.

“Hilya”da ibn Abbasın sözləri rəvayət edilir: “Ey günah edən, özünü onların pis aqibətindən təhlükəsiz hiss etmə çünki günahın işlədilməsi günahın özündən də pis nəticəyə gətirir. Sağında və solunda olanlardan utanmayaraq günah edirsənsə, onda bu günahın özündən də pisdir. Allahın səninlə necə rəftar edəcəyini bilməyərək gülürsənsə, onda bu günahın özündən də pisdir. Sənə uğur gətirən günahla fərəhlənirsənsə onda bu günahın özündən də pisdir. İşlədə bilmədiyin günah üçün kədərlənirsənsə onda bu günahın özündən də pisdir. Küləyin qapının üstündəki pərdəni aralayacağından qorxaraq günah edirsənsə, lakin Allahın sənə baxmasından qorxmursansa onda bu günahın özündən də pisdir. Vay olsun halına! Allahın Eyyubu hansı günaha görə xəstəlik və əmlakının itirilməsi ilə imtahana çəkdiyini bilirsənmi? Bir miskin onu zalımdan himayə etməsini xahiş edib, lakin o ona kömək etməmiş, zalımı zülmündən çəkindirməmiş və buna görə Allah onu imtahana çəkmişdir”.

Imam Əhməd deyib: əl-Valid bizə danışıb ki, əl-Əuzadan eşidib ki, Bilal bin Səd dedi: “Günahın balacalığına baxma, sən Kimə asi olduğuna bax”.

Əl-Fudeyl bin İyad deyib: “Günah sənə nə qədər kiçik görsənsə o qədər o Allah qatında böyükdir və günah sənə nə qədər böyük görsənsə o qədər o Allah qatında kiçikdir”.

Deyirlər ki, Allah Musaya vəhy edib: “Ey Musa, Mənim ilk məxluqatlarımdan İblis məhv oldu, çünki Mənə asi oldu və Mənə asi olan məhv olunan hesab olunur”.

Ət-Tirmizinin “Musnəd” və “Sünanə”sində Əbu Salihdən hədis rəvayət olunur ki, Əbu Hüreyra Allahın Rəsulunun (sav) , belə dediyini eşidib: “Mömin günah etdikdə qəlbində qara ləkə əmələ gəlir. Tövbə, (günahı) tərk edib və bağışlanma dilədikdə qəlbinə nur (qayıdar), lakin (günahı) davam etsə ləkə böyüyər və sonda bütün qəlbi bürüyər. Bu Qudrətli və İzzətli (Allahın) qeyd etdiyi örtükdir: “Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (Əl-Mutaffifin, 14)”. Ət-Tirmizi hədisi yaxşı və səhih adlandırıb.

Imam Əhməd deyib: Yaqub atasından, o da Salehdən, o da ibn Şihabadan, o da Ubeydullah bin Abdullah bin Utbadan, o da Abdullah bin Məsuddan rəvayət edir ki, Allahın Rəsulum(sav) , buyurub: “Sonra: Ey qureyşlər, Allaha asi olana qədər bu işə layiq olacaqsınız, Ona asi olarsanız O bir budaqla o birisinin qabığını soyan kimi sizi soyanları üzərinizə göndərər”. Sonra o budağın dərisini soydu və onun altında ağ, möhkəm (taxta) göründü.

Imam Əhməd Vahbanın sözlərindən rəvayət edir: “Qudrətli və İzzətli Allah İsrail oğullarına deyib: “Mənə itaət etdikdə Mən razı qalıram və Mən razı olduqda xeyir dua verirəm və Mənim xeyir-duama məhdudiyyət yoxdur. Mənə asi olduqda Mən qəzəblənirəm və Mən qəzəbləndikdə lənətləyirəm və lənətim yeddinci nəsilə kimi çatır”.

Əbu Nueym Səlim bin Əbu əl-Cadadan, o da Əbu əd-Dardadan rəvayət edir: “Qoy insan hətta özü bunu bilmədiyi halda möminlərin onu ürəklərində lənətləməsindən çəkinsin”. Sonra o soruşdu: “Bilirsən bu nə üçün baş verir?” O Cavab verdi: “Xeyr”. Əbu əd-Darda dedi: “Həqiqətən qul Allaha asiliklə təklikdə qalır və O hətta dərk etdirmədən möminlərin qəlbinə nifrət salır”.


Tarix: 12.04.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar