beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRİN HAQQ YOLDAN AZMASI

Təkcə İslam cəmiyyətində deyil, o cümlədən bütün cəmiyyətlərdə ən mühüm problemlərdən biri olan dövrümüzdəki gənclər problemini qardaşlarımın diqqətinə çatdırmağım məni çox sevindirir. Bəzən gənclər özlərini həyatın çətinliklərilə üz-üzə qoyan ideoloji və psixoloji dərdləri öz ürəklərinə salır, sonra da bu çaşqınlıqdan yaxa qurtarmaq və düşdükləri bu bəlanı çözə bilmək üçün yollar axtarırlar. Şübhəsiz ki, bu, cəmiyyətin bünövrəsi, dünyanın və Axirətin düzgün meyarı sayılan yalnız dini və əxlaqi dəyərlər sayəsində reallaşa bilər. Məhz bu iki amillə xeyir–bərəkətə nail olmaq, həmçinin şər və bəlalardan uzaqlaşmaq mümükündür.

Ölkə orada yaşayan sakinlərlə qurular, din də ona riayət edənlərlə həyatda qalar. İnsanlar dinin yüksəlməsinə, Allahın kəlmələrinin ucalmasına kömək edərlərsə, Allah da onlara, hər nə qədər düşmənləri olursa olsun yardım göstərər. Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər.” (Məhəmməd, 7-8)
Əgər din öz cammatı ilə yüksəlirsə, biz də İslam camaatı və bu adın sahibi olaraq öz dinimizi uca tutmalı, bu yolda Allahdan uğur və sabitqədəm olmağımızı diləməliyik. Həmçinin, haqq tərəfdarı olan insanlara açıq–aydın nuru bəlli etməli və batil yolun yolçularına keçmişin kəsiçi sözlərini eşitdirmək üçün Allahın kitabında və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) sünnəsindən varid olan söz və əməlləri çatdırmalı, doğru istiqamət və dəvət nöqteyi–nəzərindən öz dinimizi hər iki mənbədən öyrənməliyik.
Daha sonra isə öyrəndiklərimizi iman, yəqinlik, ixlas və itaətkarlıqla əməli olaraq həyata keçirməliyik.
Sözsüz ki, işimiz yalnız söz deməkdən ibarət olmamalıdır. Əgər bir insanın dediyi sözlər əməldə öz təsdiqini tapmazsa, sözün özündə olan ən gözəl incinin də heç faydası olmaz və bu işdə yalnız əks nəticələr qazanılar. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.”(əs-Saff, 2-3)
Gənclərimiz haqqında, onların fikir və ideyalarının düzgün olanını inkişaf etdirmək, yalnış olanını isə islah etmək üçün söhbətə əvvəldən başlamaq daha məqsədəuyğun olardı. Çünki bu günün gəncləri sabahın kişiləridir və onlar ümmətin gələcəyini öz üzərilərində daşıyan bünövrədirlər. Bu səbəbdən də şəriət mətnləri gənclərə yaxşı münasibət bəsləmək, onları xeyirli və doğru istiqamətə yönləndirməyi təkidlə vurğulayır. Ümmətin gələcəyinin bünövrəsi sayılan gənclər düzgün yolda olarsa və bu düzgünlük dini və əxlaqi dəyərlərin güclü təməli üzərində bərqərar olarsa, ümməti parlaq gələcək, yaşlı nəsli isə Allahın izni ilə fəxr olunası yeni bir nəsil gözləyər.


Tarix: 13.04.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar