Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda çoxevlilik

Allah Adəmi (ə.s) yoxdan var etdikdən sonra, onun özündən hüzura qovuşacağı bir yoldaşını yaratmışdır. İnsan övladının çoxalmasını bunlar vasitəsi ilə təqdir edən Allah Təala, kişilərlə qadınlar arasında bir qism haqq və vəzifələr qoyaraq, iki tərəfin də fitrətinə uyğun yaşamasını əmr etmişdir.
Şübhəsiz ki, bu haqq və vəzifələrin ən önəmlilərindən biri də nikahdır.
İslam nikaha ülvi bir məna və məsuliyyət yükləmişdir. Nikah sayəsində qadının yemə, içmə və digər ehtiyacları ərinin öhdəliyindədir.

İslamda evlilik, keçici bir mənfəət və ya zövq üçün həyəta keçirilmir. Ailə cəmiyyətin ən kiçik, fəqət ən vaz keçilməz sütun daşı rolunu oynayır. Onun sarsılmasına yol açacaq (zina, iftira və b.) hər cür təsir İslam tərəfindən yasaqlanmış və bu xüsusda çox ciddi tədbirlər alınmışdır.

Bəzən bir çox insanlar bilməyərəkdən və ya da qəsdən İslamda evlilik movzusunda xoşagəlməz fikirlər söyləyirlər.
Bu yazıdan da məqsəd bir azda olsa bu barədə olan əsassız fikirlərə aydınlıq gətirməkdir.

İslamın niyə çox evliliyə izin verdiyi və Peyğəmbərin (s.a.s) bir neçə qadınla niyə evləndiyini, yoxsa İslamın qadını heçə mi saydığı tərzində olan sualları məqsədyönlu, məlumatsızlıqdan pis niyyətli olmaqdan qaynaqlanmaqdadır. Burada öncə qısaca İslamın niyə birdən artıq qadınla evlənməyə izin (təşviq deyil sadəcə zəruri hallarda) verdiyi məsələsi üzərində duraq.
İslamda birdən çox evliliyə izin verilməsinin səbəbləri:
Bilindiyi kimi Ərəbistanda və ya dünyanın digər ölkələrində Peyğəmbər (s.a.s) öncə (cahiliyyə dövründə) saysız qadınla birlikdə olma imkanı vardı. Bunlar bəzən hər kəsin bilgisi daxilindəki onlarca qadınla evlilik, bəzən satın alınan cariyə yoluyla və ya qeyri-qanuni saysız münasibətlər (zina) yolları ilə həyata keçirilməkdə idi.

Dörd qadınla evlilik bütün mömünlər üçün bir əmr deyil bəzi hallarda icazə verilmiş bir haqq və izndir.

İnsanlar müxtəlif hadisələrlə qarşılaşa bilərlər. Bəzən bir çox səbəblərdən (iflic, bir qəza nəticəsində şikəstlik, davamlı xəstəlik, gücsüzlük və s. hallar ailə həyatını davam etdirə bilməsi üçün sıxıntılara səbəb ola bilər. Bu vəziyyətdə bir ailəni yıxmaq, uşaqları sahibsiz buraxmaq insani bir yol deyildir.

Birdən artıq qadınla evlənən kişilərə qadınlar arasında ədaləti təmin etmə məsuliyyəti yüklənmişdir. Əksi halda Allahın əzabı ilə qarşılaşacaqlar.

Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır. (ən-Nisə 4: 3)

Digər bir ayədə də Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (ən-Nisə 4: 129)

Peyğəmbər (s.a.s) buyurmuşdur: Bir kişi iki qadınla nikahda olarsa və ədaləti gözləməzsə Qiyamət günündə bir tərəfi iflic olaraq dirildiləcək.
(İbn Macə, Nikah 47)

Savaş və digər hallarda kişilərin toplu bir şəkildə yox edildiyi hallarda baxıma möhtac və ortada qalmış qadınların nə kimi çətinliklərlə üzləşdiyi hamımıza məlumdur. Güzaranını təmin etmək üçün qadın hər hansı bir qapıya hansı üzlə müraciət edəcək və nələrlə qarşılaşacaqdır? Bunun tarixdəki ən gözəl misalı, İkinci dünya müharibəsində sonra Almanyada yaşanmışdır. Orada qadınlar ehtiyac üzündən pis yollara düşmüşdülər.

İslam qəti olaraq zinanı qadağan etmişdir. Evli ikən edilən zinaya isə çox şiddətli cəzalar verilmişdir. Zina bütün ilahi dinlərdə yasaqlanmışkən Avropa və Amerikada zina yaşının 12-13-yaşa enmiş olması və ailələrin bu vəsilə ilə tez-tez yıxıldığı və ya yıxılmağa üz tutduğu günümüzün reallığıdır. İslam dünyası və müsəlman ailələr isə dinlərini yaşadıqları nisbətdə bu problemlərlə qarşılaşmırlar. Bu həqiqətdə şübhəsiz İslamın zinaya baxış tərzi və tariximizdən gələn adət-ənənələrimizin qüvvətli təsirinin payı böyükdür.

Kişinin birdən çox qadınla evlənmə haqqından istifadə etməsi, qadının nikah əsnasında irəli sürəcəyi şərtlə məhdudlaşa bilər.

İslamda nikah əqdinin təsisi üçün iki tərəfin rizası şərt qəbul edilmişdir. Bu nigah əqdi əsnasında, qadın ərinin sadəcə onunla evli qalmasını şərt olaraq irəli sürə bilər. Kişi bu şərtə riayət etməyib başqa qadınla nikah edərsə, qadın hakimə müraciət edərək boşanma istəyə bilər. Bütün bu şərtlər göz önündə tutulduğunda İslamın həyatın hər səhifəsini və hər cür vəziyyəti düşünərək belə bir şeyə izin verməsi anlaşıla bilər.İslam sadəcə olaraq sağlam olanların deyil, yaşlı və gücsüzlərin də dinidir. O, sadəcə rahatlıq anlarının deyil, çətin anların da dinidir. O, sadacə kişinin deyil, haqqlarının gözlənilməsi lazım olan qadınların da dinidir.

Ailənin səbəbsiz yerə yıxılmasına, uşaqların səfalət və fəlakətə düşməsinə göz yummayacaq qədər fərdi və toplumu düşünən insanlığın iffətini və həyasını qoruyan yeganə din İslam dinidir.


Tarix: 21.11.2012 / 14:41 Müəllif: [Ram] Baxılıb: 1396 Bölmə: Maraqlı melumatlar
loading...