beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübarək ömrün səhifələrindən

1. Peyğəmbərimizin xanımı Hz. Ayşə Rəsulullahın (s.a.v.) gözəl əxlaqı haqqında belə demişdir: "Çirkin söz söyləməzdi. Həya, tərbiyə və nəzakətə zidd bir davranış etməzdi. Bazarda yüksək səslə danışıb, səs-küy çıxarmazdı. Pisliyə pisliklə qarşılıq verməzdi. Əfv edər, bağışlayardı." (Əbu Davud)

2. Hz. Ayşənin Peyğəmbərimizin əxlaqı ilə əlaqədar bir suala verdiyi cavab, Onun həyatının yolunun Qurandan başqa bir şey olmadığını açıqlamağa yetər:
"Ey möminlərin anası, Peyğəmbərin əxlaqı necə idi?"Cavab verdi: "Rəsulullahın əxlaqı... Muminin surəsini oxuya bilirsən? Bu surəni onuncu ayəsinə qədər oxu! Allahın Rəsulunun əxlaqı belə idi" dedi. (Buxari)
Rəsulullah “ən xeyirliniz, əxlaqca ən gözəl olanınızdır" deyərək bunun hər mömin üçün bir hədəf olduğunu vurğulayır. Mömin ruhunda pis əxlaqın ən kiçik qırıntısı belə qalmamalıdır.
Su, buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir; sirkə balı pozduğu kimi pis əxlaq əməli pozar. (Təbərani)

3. Mənim üçün ən sevimliniz, əxlaqca ən gözəl olanınız və ətrafdakılarla xoş keçinənizdir, onlar hamini sevər və hamı da onları sevər. Mənim üçün ən sevilməyəniniz dedi-qodu edən, dostların arasını vuran və təmiz bir insanda qüsur axtarandır. (Bəzzar)

4. Allah qatında pis əxlaqdan daha böyük bir günah yoxdur. Çünki pis əxlaq sahibi, bir günahdan qurtulmadan başqasına keçər. (Əsbahani)

5. Qul, ibadəti az olduğu halda, gözəl əxlaqı ilə axirətin yüksək dərəclələrinə və şərəfli mövqelərinə çata bilər. Əxlaqı pis olanlar isə cəhənnəmin alt təbəqəsinə varırlar. (Təbərani)

6. Bir mömin gözəl əxlaqı ilə gecə ibadət edən, gündüz oruc tutanların səviyyəsinə çatar. (Əbu Davud)
Qiyamət günü mizana qoyulacaq yaxşılıqların ən ağırı gözəl əxlaq və təqvadır. (Əbu Davud)
Rəsulullah Əfəndimiz ( s.a.v.), namaza başlamazdan əvvəl bu duanı edərdi: Allahım mənə gözəl əxlaq ehsan et, səndən başqa heç kim gözəl əxlaq ehsan etməz. Allahım məni pis xasiyyətlərdən qoru və uzaqlaşdır. (Müslim)


Tarix: 26.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar