Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qo

(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
(əl-Fəth (Fəth) surəsi-8)
İlk vəhiy'dən sonra, qısa bir vaxt vəhyin arxası kəsildi.(1) Bir gün Hz. Peygambər (s.a.s.) Hira'dan qayıdarkən, bir səs eşitdi. Başını qaldırıb səmâya baxınca, ona daha əvvəl Hira'daki mağarada gələn məlıki gördü. Qorxu və həyəcan içində evinə döndü.

"Tez məni örtün, məni örtün." dedi. Bu əsnada Cəbrail, el-Müddəssir Sûrəsinin ilk âyətlərini gətirdi.
74 - əl-Muddəssir
1 - Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!
2 - Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!
3 - Öz Rəbbini uca tut!
4 - Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
5 - (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)


İlk vəhy ilə Hz. Muhamməd (s.a.s.) "Nəbi" olmuş, hələ başqalarına "Haqq Dini" təbliğ ilə tapşırılmamışdır. Bu ikinci vəhy ilə "Risalət" verildi. Haqq Dini təbliğ ilə görəvləndirildi. Ancaq açıq dəvət əmr edilmədi .

1- İSLAMDA İLK İBADƏT
İslamda Allah'a imandan sonra ilk farz qılınan ibadət, namazdır. İkinci vəhy ilə əl-Müddəssir Sûrəsinin ilk ayətlərinin endirilməsindən sonra, Məkkə'nin üst yanında bir yerd Cəbrail (a.s.), Rasulullah (s.a.s.)'ə göstərib öyrətmək üçün dəstəmaz almış, sonra Cəbral'dən gördüyü kimi Rasûlullah (s.a.s.) da dəstəmaz almışdır. Sonra Cəbrail (a.s.) Hz. Peygambər (s.a.s.)'a namaz qıldırıb və namaz qılmağı öyrətmişdir.(2) Evə qayıdandan sonra Rasulullah (s.a.s.) dəstəmaz almağı və namaz qılmaqı yoldaşı Hz. Xədicə'yə öyrətmiş, o da dəstəmaz almıb və ikisi birliktə namaz qılmışdılar.

2- İLK MÜSLƏMANLAR
Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) ( əl-Vaqiə -10)
Hz. Peygambər (s.a.s.)'e ilk imân edən və O'nunla birliktə ilk dəfə namaz qılan , yoldaşı Hz. Xədicə oldu. Daha sonra övladlığı Harisə oğlu Zeyd və uşaqlardan əmisinin oğlu Hz. Əli Müsəlman oldular. (3)

a ) Hz. əlinin İslamı Qəbul Edməsi
Əbu Talib, Hz. Muhəmməd (s.a.s.)'ı, 8 yaşından 25 yaşına qədər evində baxmışdır. O'nu öz uşaqlarından daha çok sevmişdi. Evliliyindən sonra Hz. Muhəmməd (s.a.s.), yoldaşı Hz. Xədicə'nin evinə köçmüş və maddi baxımdan rifaha (xoş güzərana)qovuşmuşdur.(4) Əbu Talib'in ailəsidə isə ailə üzvləri cox idi . Peygambərimiz (s.a.s.)əmisinin sıxıntısının biraz azalması üçün 5 yaşından etibarən Əlini yanına almışdır. Bu səbəbdən Əli, Hz. Peygambər (s.a.s)'ın yanında qalırdı.(5)
Hz. Əli, Peygambərimiz (s.a.s.) ilə Hz. Xədicə'ni namaz qılarkən gördüyündə, bunun nə olduğunu soruşdu. Peygambər Efəndimiz, O'na Müsəlmanlığı anlatdı. O da Müsəlmanlığı qəbul etdi. Bu əsnada Hz. Əli hələ 10 yaşında bir uşaq idi.

b) Hz. Əbu Bəkir'in Müsəlman Olması
Hz. Məhəmməd (s.a.s.)'in yaxın və ən səmimi dostu olan Əbu Kuhafə oğlu Əbu Bəkir, Qureyş qəbiləsi'nin Teymoğulları qolundandır. Ata və ana tərəfindən nəsli, Hz. Peygambər (s.a.s.)'in nəsli ilə Mürre'de birləşir.
Hz. Əbu Bəkir'in Məkkə'də Qureyş arasında böyük bir etibarı vardı. Zəngin və düzgün bir tacirdir. Aralarındakı güvən və samimiyət səbəbiylə, Peygambərimiz (s.a.s.) ailəsindən başqa ilk olaraq Hz. Əbu Bəkir'i İslam'a dəvət etdi. Hz. Əbu Bəkir bu dəvəti tərəddütsüz qəbul etdi. Əsasən, cahiliyət dövründə belə bütlərə heç tapınmamışdır, ağzına bir qurtum içki qoymamıştı. Hz. Əbu Bəkir'in Müsəlman olmağıyla, Peygambərimiz (s.a.s.) böyük bir dəstəyə qovuşdu. Onun gücü,səyi ve başçılığı, Məkkə'nin sayılan şəxsiyətlərindən Affan oğlu Osman, Avf oğlu Əbdurrəhman, Ebû Vakkas oğlu Sa'd, Avvam oğlu Zübəyr, Ubeydullah oğlu Talha da Müsəlmanlığı qəbul etdiler. Hz. Xədicə'dən sonra Müsəlman olan bu 8 şəxsiyyətə "İlk Müsəlmanlar" (Sabıkun-i İslam) deyilir.




(1)İlk vəhy ilə ikinci vəhy arasında geçən "fetret-i vəhy" surəsinin nə qədər dəvam etdiğinə dair rəvayətlər 15 gün ilə 3 il arasında dəyişməktədir. (Bkz. Təcrid Tərcəməsi, 1/11. Hadis No: 4'ün açıklaması)Hadisələrin seyrinə görə, 1-2 aydan daha çox olmaması lazımdır. 2-3 il kimi uzun vaxtda olduğunu deyənlər, "gizli dəvət" müddəti ilə "fetret-i vəhy"i ayıra bilməmiş olmalıydılar.
(2) (58) İbn Hişâm, 1/260-261; Tecrid Tercemesi, 2/231, (Hadis No: 227'nin açıklaması); Tahir Olgun, İbadet Târihi, 28, İstanbul, 1946
(3) Zeyd, Kudaa qəbiləsindəndi. Kiçik yaşda əsir edilmiş, qul olaraq satılmıştı. Hz. Xədicə, evliliklərindən sonra O'nu Hz. Muhamməd (s.a.s.)'a hədiyyə etdi. Atası Harisa, oğlunu axtara axtara nəhayət Hz. Peygambər (s.a.s.)'in yanında tapdı. Hz. Peygambər (s.a.s.) onu azad edərək atası ilə getməyinə icazə verdi.Buna baxmayaraq Zeyd,atası ilə getmədi; "atam da sənsən,anamda sənsən ..." deyərək, Hz. Məhəmməd (s.a.s.)'dan ayrılamadı. Hz. Məhəmməd (s.a.s.)'də onu övladlığa götürdü. (İbn Hişam, 1/265), Qur'an-ı Kərim'də açık olaraq adı keçən səhabi, yalnlzca Zeyd'dir. (el-Ahzab Surəsi, 37) Peygəmbərimiz (s.a.s.) onu Ümmü Eymən ilə evləndirmib və bu evliliktən meşhur komandir "Üsamə" doğulmuşdur. Zeyd, Hicrətin 8'inci ilinndə Mûtə Savaşında Şəhid olmuşdur (Geniş məlumat üçün bkz. Tecrid Ter. 4/538 - 540, Hadis No: 644)
(4)(60) Bkz. ed-Duhâ Sûresi, 8
(5)(61) Abbas da eynı məqsədlə Cəfər'i yanına almışdı. (Bkz. İbn Hişam, 1/263)


Tarix: 12.04.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Maraqlı melumatlar
loading...